
Zoqrab Mnatsakanyan Ermənistanın yeni xarici işlər naziridir
Yerevan/14.05.18/Turan: Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı ilə Zoqrab Mnatsakanyan ölkənin yeni xarici işlər naziri təyin edilib. Bundan öncə, o, Ermənistanın BMT-də nümayəndəsi olub.
Z. Mnatsakanyan 1990-cu ildə MDBMİ-ni bitirib. 2001-ci ildən Ermənistan XİN-də çalışıb. 2011-2014-cü illərdə xarici işlər nazirinin müavini, 2014-cü ildən Ermənistanın BMT-dəki nümayəndəsi olub.-02D-
Siyasət
-
Azərbaycan Xarici İşlər Nazirliyi Bakının Ermənistana hücuma hazırlaşması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın fikirlərini rədd edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə öz şərhində qeyd edib ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb.
-
Xarici kəşfiyyatın xeyrinə casusluqda ittiham olunan Azərbaycan vətəndaşı Azər Bağırov cinayət məsuliyyətinə cəlb edilib.
-
Prezident İlham Əliyev İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə iranlı həmkarı Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.
-
Transparency International-in 2024-cü il Korrupsiya Qavrayışı İndeksi (CPI) korrupsiyanın dünya üzrə davam edən problemlərdən biri olduğunu bir daha vurğulayır və onun idarəetmə, iqtisadi inkişaf və iqlim tədbirləri üzərində dağıdıcı təsirini önə çəkir. CPI 180 ölkəni ictimai sektorda korrupsiyanın qavranılma səviyyəsinə görə qiymətləndirərək 0 (çox korrupsiyalaşmış) ilə 100 (çox şəffaf) arasında bal verir. Son hesabat qlobal ortalama göstəricinin 43 olduğunu və illərdir dəyişmədiyini göstərir. Üstəlik, ölkələrin üçdə ikisindən çoxu 50-dən aşağı bal alıb ki, bu da korrupsiyanın dünya miqyasında ciddi və hələ də həll olunmamış problem olaraq qaldığını sübut edir.
Rəy yaz