Leyla Yunus France 2 telekanalına təşəkkürünü bildirib
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus sentyabrın 22-də həbsxanadan öz müraciətini göndərib. O, Azərbaycanda vəziyyətə dair böyük material hazırlayan fransalı telereportyorlara öz təşəkkürünü bildirib.
“Fransanın France 2 telekanalına öz təşəkkürümü bildirirəm.
Mən 2014-cü ilin mayında Bakıda görüşümüzü xatırlayıram. Mən Ariflə birlikdə həbs olunacağı öncədən hiss etmişdim. İndi isə aydın başa düşürəm ki, məqsəd bizi fiziki baxımdan məhv etməkdir. Necə ki Stalin deyib: “insan yoxdursa, problem də yoxdur”. Bizə göstərdiyiniz dəstək və həmrəyliyə görə təşəkkür edirəm.
Mən digər Avropa ölkələri və ABŞ-dakı jurnalistlərə səslənirəm: fransalı həmkarlarınızı dəstəkləyin, azadlığı, bərabərliyi, qardaşlığı dəstəkləyin”, - müraciətdə deyilir.
Xatırladaq ki, Fransa telkanalının bir saat yarımlıq reportajı Azərbaycanda və Qazaxıstanda insan hüquqlarının pozulmasına, korrupsiyaya, həmçinin fransalı siyasətçilərin buna bağlılığına həsr edilib.-02D-
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz