Açiq mənbələrdən foto.
Salam, xanımlar və cənablar.
Deputatların, "özlərini seçən xalqın rifahı üçün" çalışdığını başa düşürük əlbəttə ki.
Bunun bariz nümaunəsi qəbul etdiyiniz qərarlar və qanunlardır. Hansılar ki, əksəriyyəti preventiv və cəza tipli qərarlardır, halbuki cəmiyyət və insan həyatını daha da yaxşılaşdırmalıdır.
Dünənki qərarınız, maska taxmaqla bağlı, çox "mötəbər" idi. Əl-əxsus da cərimələrin tətbiqi. Onsuz da pandemiya səbəbindən iqtisadi durumu pisləşmiş vətəndaşlara belə cərimələrin tətbiqi nə qədər ədakətlidir?
Təsəvvür edək ki, məqsəd həqiqətən də insanların sağlamləğıdır. O zaman, niyə qərar qəbul etmirsiniz ki, insanlara pulsuz maska paylansın, hər kəsə hər gün üçün 2-3 maska ən azından? Bu sualı deputatlara ünvanlayın zəhmət olmasa.
Eləcə də, SMS icazə sisteminin bərpa olunması. Bu, insan hüquq və azadlıqlarına ziddir. Dünyanın heç bir demokratik ölkəsində belə icazə tətbiq olunmur. Azərbaycanı bu mənada fərqli qılan nədir ki, bizdə belə SMS icazəsinə ehtiyac duyuldu? Onsuz da danışıq və mobil internet tariflərini qafqaz bölgəsində ən baha qiymətə təqdim edən bizim mobil operatorlara buna görə büdcədən yardım verilir mi?
Bu sualları sizə vətəndaşların çoxu ünvanlamaq istərdi. Tələb edirik, cavablandırın.
-
- Cəmiyyət
- 4 İyun 2020 13:10
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz