Praqa: sülhə gedən yolda əsas mərhələdir
Azərbaycanla Ermənistan arasında hazırkı sülh prosesi başlayandan tərəflərin əsas məqsədlərindən biri hər bir ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı surətdə tanınması idi. Faktiki olaraq, bu bənd Azərbaycanın qətiyyətlə müdafiə etdiyi beş prinsipdən biridir.
Bu səbəbdən Praqada Azərbaycan prezidentinin, Ermənistan baş nazirinin, Fransa prezidentinin və Avropa Şurası sədrinin görüşünün yekunlarına dair qəbul edilmiş birgə bəyanat əhəmiyyətli sıçrayış və mühüm mərhələ oldu, çünki bəyanatda göstərilir ki, "Ermənistan və Azərbaycan hər iki dövlətin ərazi bütövlüyünü və bir-birinin suverenliyini tanıyan Birləşmiş MillətlərTəşkilatının Nizamnaməsinə və 1991-ci il Almatı bəyannaməsinə sadiq olduqlarını təsdiq ediblər". Azərbaycan və Ermənistanda "bunun sərhədlərin delimitasiyası üzrə komissiyaların işi üçün əsas olacağını və sərhəd komissiyalarının növbəti iclasının oktyabrın sonuna qədər Brüsseldə keçiriləcəyini təsdiqləyiblər".
Azərbaycanla Ermənistan arasında gərginliyin bir neçə həftəsindən sonra bu bəyanat tərəflərin sülhə sadiqliyinin çoxdan gözlənilən əlaməti oldu. Demək olar ki, bir il ərzində Aİ-nin sülh prosesinə fəal dəstəyi əvəzsizdir və Fransa prezidentinin iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malikdir. Digər ölkələr mühüm vasitəçilik rolunu oynayıblar, bu da onu göstərir ki, beynəlxalq birlik hesab edir ki, sülh quruculuğu problemlərini aradan qaldırmağın və Ermənistanla Azərbaycan arasında münaqişəni keçmişdə qoymağın vaxtı gəlib çatıb.
Millətlər arasında dostluq insanlar arasında olduğu kimi, sıfır məbləğli bir oyun deyil. Fransa Cənubi Qafqazın hər üç dövlətilə dostluq münasibətlərini saxlayır, necə ki, Azərbaycan bir çox Avropa ölkələrilə dostluq münasibətlərinə malikdir. Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlər mühüm, intensiv və uzun ömürlüdür və onlarAzərbaycanın müstəqillik əldə etdiyi 31 il bundan əvvəl ölkələrimizin liderlərinin şəxsi töhfəsindən faydalanıblar. Bu səbəbdən mən əminəm ki, istənilən anlaşılmazlıq aradan qaldırıla bilər.
Fransa və Azərbaycanda təcrübə, xoş iradə var və mən şübhə etmirəm ki, biz birlikdə müstəqil, suveren Avropa dövlətləri arasında sülh sahəsində əməkdaşlığın ümumi məqsədinə nail olacağıq. Bu, oktyabrın 6-də Praqada Fransa və Azərbaycanın digər 42 ölkə ilə birlikdə işə saldığı Avropa siyasi birliyi tərəfindən nəzərdə tutulub.
Yaşasın Praqa ruhu! Yaşasın Franko-Azərbaycan dostluğu! Qoy, Ermənistanla Azərbaycan arasında tezliklə sülh əldə edilsin!
-
- İqtisadiyyat
- 19 Oktyabr 2022 17:12
Söz istəyirəm
-
25 dekabr 2024-cü il tarixində bütün dünyanı sarsıdan faciə baş verib. "Azərbaycan Hava Yolları"nın "Bakı-Qroznı" marşrutu ilə reys həyata keçirən təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Embraer E190 təyyarəsində 67 nəfər olub, ekipaj üzvlərinin peşəkarlığı sayəsində onlardan 2-si uşaq olmaqla, 29 nəfər sağ qalıb.
-
Bakı - Qroznı təyyarəsinin "qəzayə" uğraması ilə bağlı buğun matəm elan edilib. 38 nəfər həyatını itirib. Ağır vəziyyətdə olanlar var, itkilərin sayı arta bilər. Böyük faciədir. Həyatını itirənlərin yaxınlarına baş sağlığı verir, xəsarət alanlara, yaralılara şəfa diləyirik.
-
Əziz Zərifə, bu gün evliliyimizin 30 illiyidir. Sən evimizdə, mən-həbsxanadayam. Vaxtında sənin “Dur! daha yazma!” tələbinə qulaq assaydım, indi yubileyimizi, əhd etdiyim kimi, ilk dəfə qohum-qardaş arasında təmtəraqla qeyd edirdik. Amma mən azad jurnalist kredoma xəyanət etmədim, təhlükəyə baxmayaraq, iti qələmimi yerə qoymadım. Odur ki, bir ildir isti ocağımdan, səndən, candan şirin övladlarımızdan ayrı düşmüşəm.
-
Müasir müharibələr insanlığın dözümlülüyünü sınağa çəkir, prioritetləri və dəyərləri yenidən nəzərdən keçirməyə məcbur edir. Belə dövrlərdə yalnız güc nümayiş etdirmək deyil, həm də beynəlxalq hüququn və insanlığın prinsiplərinə bağlılığı göstərmək xüsusilə vacibdir. Rusiya Federasiyasının misilsiz silahlı təcavüzü ilə üzləşən Ukrayna, beynəlxalq humanitar hüququn (BHH) normalarına sadiqliyini qoruyaraq, bu təcavüzə müqavimət göstərir. Ukrayna Müdafiə Nazirliyi tərəfindən təqdim olunan Könüllü Hesabat şəffaflıq, məsuliyyət və ədalət axtarışının simvoluna çevrilib.
Rəy yaz