Ekspert orduda ifşa olunmuş satqınlar barədə

Bakı/08.05.17/Turan: Dünən Baş Prokurorluq, Müdafiə Nazirliyi, DİN və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatlarında Ermənistanın xeyrinə casusluqda və terror əməliyyatlarının hazırlanmasında təqsirləndirilən hərbiçilərdən və mülki şəxslərdən ibarət böyük bir qrupun həbs edildiyini bildirib.

Hərbi ekspert Üzeyir Cəfərov Turan-ın suallarına cavabda səbrli olmağa çağırıb.

- Cəmiyyət bu xəbərdən narahat olub, ordu rəhbərliyi səhlənkarlıqda və fəaliyyətsizlikdə ittiham olunur.

- Mən vətəndaşları vahimə yaradan şaiyələrə inanmamağa çağırıram. Hər yerdə və əksər ordularda belə şeylər olur. Hər şey ciddi nəzarət altındadır. Nə işlə məşğul olursa olsun, 30-40 nəfər heç vaxt yüz minlik ordunun döyüş əhval-ruhiyyəsinə və döyüş qabiliyyətinə təsir edə bilməz.

Bəziləri həbs olunanların adlarının açıqlanmasını tələb edirlər. Amma başa düşmək lazımdır ki, məhkəmə qərarı olmadan hələlik bu insanlar yalnız şübhəli şəxslərdir. Həbs və ittiham hələ konkret şübhəli şəxsin təqsirini göstərmir. Hər həbs olunanı Vətən xaini adlandırmaq olmaz.

Kameralarda yatan hərbiçilərin təmiz olaraq azadlığa çıxdığı və hərbi xidmətə qayıtdığı bir çox hallar məlumdur. Bəziləri hətta general-mayor və general-leytenant rütbələrinə qədər yüksəliblər. Müdafiə Nazirliyinə və Sərhəd Xidmətinə məxsus ərzaq və yanacaq-sürtkü materiallarının oğurlanmasında təqsirləndirilən generalın adını çəkə bilərəm. İstintaq onun təqsirsiz olduğunu müəyyən etdi.

- Baş verənlər əhali arasında ordunun imicinə zərbə vura bilməz.

- “Virtual şəbəkə qəhrəmanlarına” üz tutaraq demək istəyirəm ki: silahlı qüvvələrə və dövlətə hörmət edin. Bəzi şəxslər ölkəni və ordunu öz arşınları ilə ölçür, şəxsiyyətə və təhqirə keçirlər. Bu, artıq tənqid deyil, düşmənçilikdir, həm də qərəzli düşmənçilik, sanki onlar düşmənə xidmət edirlər, bu informasiyanı ortaya atmaq istəyirlər. Kompüter ekranı arxasında çox şey asan görünə bilər. Amma unutmayın i, biz isti evlərimizdə dərdsiz və təhlükəsiz şəkildə yaşayarkən, əsgərlər və zabitlər ağır və təhlükəli xidmət çəkirlər. -0-

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti