Musa Ağaçıkı

Musa Ağaçıkı

- Uzun müddətdən bəri işləmirsiniz.Kitab yazmaq- işləməyən jurnalistlərin özlərinə təsəlli verdikləri bir sahədir yoxsa sizi susdurmağın mümkün olmadığını isbatlamaq üçün bu kitabı yazdınız?

- 2006-cı ildən bəri mən daimi şəkildə işləyə bilmirəm.Sky Türk kanalında təxminən 3 il işlədim.Ölkəni və İstanbulu gəzərək problemləri işıqlandırdım.Mənim suallarım yumor,sarkazm və satira stilində olur.Mən qızılbaş mədəniyyətinin təmsilçisiyəm,Qara dənizli lətifə qəhrəmanı Təməlin yoldaşıyam,Frikiya mədəniyyətindən gəlirəm.Bilirsiniz ki,Frikiyalılar özlərinin lovğa krallarına eşşək qulağı taxırdılar.Yəni jurnalist cəmiyyətin qulağıdır, gözüdür.Mən öz işimi bu prinsipə uyğun şəkildə görməyə çalışıram və bunun üçün yumor tərzini seçmişəm.Çünki yumor- həqiqətlərin meydana çıxdığı ən mühüm sahədir.Mənim təbiətimdə yumor var, ona görə işlərimdə də ondan vaz keçə bilmərəm.Hər dəfə sual verəndə keçmiş dövlət başçısı Kenan Evrenin və keçmiş baş nazir, daha sonra prezident olan Turgut Özalın cangüdənləri qabırğalarımı sındır;rdılar.Ancaq onlar məni işdən qovdurmadı, Erdoğan isə məni işdən qovdurdu.Türkiyədə iki cəbhə var: saxta Atatürkçülər və saxta müsəlmanlar.Mən o cəbhələrdən heç birində deyiləm.Verdiyim suallara görə, məhkəmə məni cərimələdi, evimi satıb borcumu vermək məcburiyyətində qaldım.Təəssüflə deyirəm ki, verdiyim suala görə məhkəmə məni cərimələyəndə həmkarlarım bunu yazmadılar.Mən ən gözəl sevgilərimi sual verərkən yaşayıram.Buna görə mənə dəyən yumruqları eşq acısı hesab edirəm.Yadınıza gəlir: bir kitaba görə, Türkiyədə 1000 ziyalı özü barədə prokurorluğa "donos" yazmışdı."Donozçu"ların arasında Aziz Nesin və Yaşar Kemal da var idi.Mən də o qrupun içində idim.Beşiktaşdakı Dövlət Təhlükəsizlik Məhkəməsində ifadə verərkən Yaşar Kemalın arxasında Aziz Nesin dururdu.Prokurora dedim ki, bu iki şəxsin yazdığı kitabları oxuyandan sonra mən anarxizmə düçar oldum.İndi "anarxizm" suçlusu kimi sizin qabağınızda dururam.Bu iki adamı həbs etdirsəniz, siz də xilas olacaqsınız.Prokuror dedi ki, o necə olacaq? Dedim ki, bu qədər qovluğu oxumaqdan vaxt tapıb evinizə gedə bilmirsiniz,kinoya, konsertə gedə bilmirsiniz, ailənizə kifayət qədər vaxt ayıra bilmirsiniz.Ona görə bu iki nəfəri həbs etdirin ki, həm insanlar anarxizmə yuvarlanmasın həm də siz özünüzə vaxt ayıra biləsiniz.Yaşar abi dedi ki, oğlan, eşşək oğlu eşşək, prokuror onu lağa qoyduğunu hiss etsə, "məhkəməni təhqir etdiyinə görə", səni həbs etdirər.Prokurorun bunu başa düşəcək səviyyəsi yox idi ki.Adam tez-tez məndən soruşurdu ki, nə etməliyəm? Anadoluda bir aşığın şeiri var: əl bədəndə qaşınan yeri bilər.Mən də o qaşınan yerlərə öz suallarımla diqqəti cəlb etməyə çalışıram.Ona görə mənə yumruq vuranlar haqlıdırlar.

- Yumruqları təkcə Kenan Evren və Özalın cangüdənləri vurdular?

- Yumruqlar Evrenin cangüdənlərindən başlayıb Tayyip Erdoğanın cangüdənlərinə qədər davam etdi.Yəni bütün siyasətçilərin cangüdənləri mənə lazımi diqqət və qayğını göstərdilər.Mən 9 dəfə əvvəlcə Evrenin, ondan sonra isə Özalın mətbuat katibi olan Ali Baranselin sayəsində ölümdən xilas olmuşam- həyatımı ona borcluyam.

- Sizi yumruqlamaları üçün təlimatı Evren və ya Özal verirdi yoxsa....?

Ağaçık: Onların təlimat vermələrinə gərək yox idi.Mən Evrenin və ya Özalın təlimat verdiklərini inanmıram.Cangüdənlərin işi qoruduqları adamlara qarşı ola biləcək təhlükəni aradan qaldırmaqdır.Onlar isə sual verən jurnalisti döyürdülər.Çünki bu cəmiyyətdə vətəndaşlıq yox, təbəəlik var, itaət etməlisən.Bizim ölkəmizdə yaltaqlıq, ikiüzlülük hakimdir.Bir müddət nisbətən nəfəs ala bilirdik ancaq son 15 ildə yenə keçmiş dövrə qayıdıldı.İdarəçilərə "Oğurluq barədə fikriniz nədir?"- sualını verəndə o dəqiqə "təhqir" maddəsindən həbsə göndərirlər.Halbuki dövləti idarə edən şəxslərə hər cür sual verilə bilməlidir.Demokratik ölkənin tələbi də budur.Bizim kimi ölkələrdə idarəçilər jurnalistləri özlərinə biət etməsi lazım olan məxluqlar kimi görürlər.Bizim idarəçilərimiz jurnalistin sualını ictimaiyyətin tələbi kimi yox, özlərinə hücum kimi qiymətləndirirlər.Çünki oturduqları kresloları ata-babalarının şəxsi təsərrüfatları kimi görürlər.

- Bu, bir növ, feodalizmə qayıdış deyilmi?

- Feodalizmə qayıdışla birlikdə qatı şəriətin gətirdiyi biət də vardır.

- Elə isə mətbuat sənayeləşmənin tələbiylə meydana çıxmış bir fenomen deyilmi?

- Türkiyədə həqiqi mənada mətbuat azadlığını müdafiə edən jurnalistlərin sayı çox azdır.Çünki jurnalist vəsiqəsi daşıyanların çoxu - dövlətin imkanlarından istifadə edərək idarəçilərə yaltaqlanır.Bu günkü problem təkcə iqtidardan yox, xarakteri zəif olan jurnalistlərin çoxluğundan da irəli gəlir.Bu günkü iqtidarın tələbiylə "Star" qəzetindən qovulandan sonra yenidən "Milliyet" qəzetinə qayıtmaq üçün Aydın Doğan ilə görüşmüşdüm.Baş redaktor Sedat Ergin ilə danışandan sonra Aydın bəy mənə zəng etdi ki, jurnalist jurnalisti sevməz.Dedim ki, qəzetin sahibi sizsiniz,istəsəniz, baş redaktor məni sevər.Dedi ki, sən mənə bank hesab nömrəni ver,nə qədərə ehtiyacın varsa,o qədər pul göndərəcəm.

-Aydın bəy, lütfən, məni əzməyin.Mən sizdən pul yox, iş istəyirəm. Medianın 70%-i sizin nəzarətiniz altındadır. Bağışlayın, mən dilənçi deyiləm.

Mənim bu sözlərimdən əsəbləşən Aydın Doğan dedi ki, bağışla, mənim qəzet-jurnal-kanallarımda sənə veriləcək iş yoxdur. Aydın Doğan məni təqdir etməliydi ancaq mənim qürurlu davranışıma əsəbləşdi.Bunu TV-də deyəndən sonra bəzi jurnalist həmkarlarım zəng edib mənə əsəbləşdilər ki, Aydın Doğan sənə pul vermək istəyir, sən almırsan.Azad xarakterli bir jurnalist necə pul ala bilər? Jurnalistinin təfəkkürü bu olan ölkə heç vaxt düzgün informasiyalar ala bilməz.

- Yaxşı, bu vəziyyət haraya doğru gedir?

- Jurnalistikanın mövcud vəziyyəti- insanlıqdan istefa verməkdir,nökərlikdir, alçaqlıqdır, namussuzluqdur.Bu, təkcə cəmiyyətin geriyə getməsi deyil, peşə mənasında böyük bir xəyanətdir.Həm də qlobal miqyasda xəyanətdir.Ulduzlarda canlılar varsa,gələcəkdə deyəcəklər ki, yer kürəsində jurnalistlər bu cür alçaqlıqlar edib.Onlar bizi lağa qoyacaqlar.Bunlara jurnalist demək mümkün deyil,yağlayan-yaltaqlanan mətbuatda işləyənlər nökərlərdir.Orhan Pamuk da eyni xarakterli adamdır, o da beynəlxalq imperializmin nökəridir.Ona Nobel mükafatını o səviyyəsiz romanlarına görə yox, "Türklər 1 milyon erməni, 30 min kürd öldürdü"- sözlərinə görə verdilər.Türkiyəyə gələndə Pamuk o sözlərini inkar etdi.

- Bu, Şərq toplumlarının xarakteridirmi? Nobel mükafatı laureatı ABŞ yazıçısı William Faulkner ölkənin Cənub vilayətlərinin haqlarını istənilən siyasətçidən çox müdafiə etmişdi.Şərq toplumları ikiüzlüdürmü?Bədbəxt olaraq qalmağa davam edəcəklərmi?

- Hər şeydən əvvəl,Qərbdə olduğu kimi, dində ciddi islahatlar lazımdır. Azadlığın olmadığı heç bir cəmiyyət inkişaf edə bilmir.Qorxunun hakim olduğu heç bir toplum inkişaf edə bilməz.Qorxu insanı insanlıqdan çıxarır.Vicdan azadlığının olmadığı toplumlar inkişaf edə bilmir.Krallıq ailələri birbaşa imperialistlərə bağlıdır.Səudiyyə Ərəbistanlı jurnalisti göz görə-görə Türkiyədə qətlə yetirdilər.Hələ də meyidi axtarırlar.Bu vəziyyətdə isə insan haqları yox, cib məsələsi birinci plana çıxır.

- Ən çox Süleyman Demirel ilə zarafatınız vardı.Kitabınızda onun barəsində xeyli yazmısınız.

- Demireldən soruşdum ki, sizə niyə baba deyirlər? Dedi ki, sevgili Musa kardeşim(təqlid edir),dövlət üçün çalışmışıq, millət üçün çalışmışıq, millət bizə "baba" demişdir.

-Hörmətli, Demirel, mən də dövlət-millət üçün işləyirəm ancaq heç kim mənə "baba" demir.

-Sənə deməzlər çünki sən hələ gəncsən.

-Söhbət yaşdan gedirsə,onda mənim atama da heç kimi "baba" demir.

-O başqa şeydir.

-Əcəba,sizə "baba" deyilməsində başqa bir şey varmı?

-Nə varmış?

-Məsələn, bizim analarımızla bir əlaqəsi ola bilərmi?

-Əziz Musa, 52 milyon əhalinin anasını görəcək halda deyilik (gülür)

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti