migration.gov.az
129 Ukrayna vətəndaşı Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edib
Bakı/19.04.22/Turan: Ukraynada müharibə başladığı gündən etibarən (24.02.22) bu ölkənin 114 vətəndaşı qaçqın statusu almaq xahişi ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Ailə üzvləri ilə birlikdə onların sayı 129 nəfərdir, bu barədə DMX Turan-ın sorğusuna cavabda bildirib.
"Bütün müraciət edənlər Azərbaycanda olduqları yer üzrə DMX-də qeydiyyatdan keçiblər. Bu insanların ehtiyacları müəyyən edilib və təmin edilib, zəruri yardım göstərilib və onlar müvafiq təşkilatlara göndəriliblər", deyə dövlət xidmətindən bildiriblər.
Azərbaycan qanunvericiliyinə əsasən, qaçqın statusu üçün müraciət edən şəxslərə Azərbaycanda müvəqqəti olaraq yaşamaq, işləmək, tibbi yardım almaq və s. icazəsi verilir, deyə idarədən əlavə ediblər.
DMX aprelin 7-nə olan məlumata görə müharibə ilə əlaqədar Ukraynanı tərk edən 6163 ölkə vətəndaşının Azərbaycana gəldiyi barədə məlumat vermişdi.
Əlavə edək ki, Azərbaycan Dövlət Miqrasiya Xidməti əcnəbilərə psixoloji yardım proqramı yaradıb. Bu barədə DMX-nin saytında bildirilir. Proqram martın 3-dən fəaliyyət göstərir və DMX yanında İctimai Şuranın layihəsidir.-0-
-
- Siyasət
- 18 Aprel 2022 19:59
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz