Açiq mənbələrdən foto.
Bu gün məcburi köçkün ailələrinin əvvəlki yaşayış yerinə qayıdışına start verilib
Bakı/19.07.22/Turan: İyulun 19-da əhalinin Azərbaycanın azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə köçürülməsinə start verilib. Bu, Azərbaycanın azad edilmiş ərazilərinə mülki şəxslərin kütəvi qayıdışının başlanğıcıdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Turan-a bildirilib ki, bu gün ilk olaraq 10 ailə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” Ağalı kəndinə yola salınıb.
“İyulun 25-dək ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə 41 ailə, təxminən 200 nəfər köçürüləcək”, - mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev bildirib.
“İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər)”.
Rəsmi məlumatlara görə, hazırda Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi davam etdirilir.
Rəsmi statistikaya görə, 1988-1993-cü illərdə Dağlıq Qarabağdan, eləcə də ona bitişik yeddi rayondan olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərin sayı 788 950 nəfərdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Turam-a bildirib ki, məcburi köçkünlər arasında əvvəlki yaşayış yerlərinə qayıdıb-qayıtmayacaqları ilə bağlı sorğu keçirilib.
"Məcburi köçkün ailələrinin böyük əksəriyyəti, yəni 90 faizi geri qayıdacaqlarını bildirib. İndi hər bir yaşayış yerinin sakinləri arasında sorğu keçirilir", - o, qeyd edib.
2020-ci il sentyabr-noyabr aylarındakı 44 günlük müharibə nəticəsində bir çox yaşayış məntəqəsində Azərbaycan hökumətinin nəzarəti bərpa edilib. Hazırda keçmiş silahlı münaqişə ərazisinin minalardan təmizlənməsi işlərilə yanaşı əhalinin yenidən dogma yurdlarına qaytarlması üçün işlər aparılır.
Azərbaycan hökuməti azad edilmiş ərazilərdə kommunikasiya qurğularının bərpası, sosial obyektlərin, avtomobil və dəmir yollarının tikintisi, həmçinin hava limanlarının salınması işlərini davam etdirir. Eyni zamanda elektrik xətləri çəkilir, su, külək elektrik stansiyaları qurulur.
Hazırda ərazilərdə əhalinin daimi məskunlaşması üçün yeni şəhər və qəsəbələr salınır.-03-
-
- Cəmiyyət
- 19 İyul 2022 11:50
Cəmiyyət
-
Abşeron rayonundakı müəssisələrdən birində baş verən insident nəticəsində bir Hindistan vətəndaşı ölüb, digəri xəsarət alıb. Bu barədə yanvarın 13-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
-
Yeni nəqliyyat proqramı çərçivəsində paytaxtın ekoloji cəhətdən təmiz, sürətli və birləşdirici ictimai nəqliyyat sistemi olaraq metropolitenin daha geniş əhatə dairəsinə malik olması hədəflənib.
-
Çərşənbə axşamı Bakıda hava şəraiti dəyişkən buludlu olacaq. Gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yanvarın 13-nə olan hava proqnozunu açıqlayıb. Ölkə üzrə mülayim hava şəraiti gözlənilir.
Rəy yaz