Ilham Aliyev and Nikol Pashinyan
İlin sonuna qədər Bakı və Yerevan arasında sülh sazişi imzalanacaqmı?
Bakı/05.09.22/Turan: Ötən həftənin sonunda İlham Əliyev İtaliya qəzetinə müsahibəsində bildirib ki, bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər.
Ötən gün Ermənistan teleqram- kanalları bildiriblər ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz partiyasının üzvlərilə qapalı iclasda analoji bəyanatla çıxış edib. O işarə edib ki, onu bunu etməməyə çağıran qüvvələrin təzyiqinə boyun əyməyəcək.
Həmin mənbələr bildiriblər ki, Azərbaycan Qarabağdan bütün iriçaplı silahların çıxarılmasını şərt qoyub və Rusiya sülhməramlıları da buna təkid edirlər.
Eyni məsələ bazar günü Xankəndidə də müzakirə edilib. Separatçıların lideri Araik Arutyunyan Qarabağ qüvvələri hərbi rəhbərliyinin müşavirəsini keçirib.
Separatçıların liderləri və Ermənistan müxalifəti Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsilə razılaşmayacaqlarını bildirməkdə davam edirlər.
Xatırladaq ki, Bakı ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutan beş bənd əsasında sülh müqaviləsinin imzalalanmasını təklif edib. Azərbaycan erməni tərəfinin Qarabağa muxtariyyət statusu verilməsi cəhdlərinin qarşısını alıb. 02D
Siyasət
-
Noyabrın 22-də Bakıda COP29-un keçirildiyi məkanda beynəlxalq fəallardan ibarət bir qrup "İnsan hüquqları yavaş-yavaş ölür" şüarı altında aksiya keçiriblər.
-
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacızadə X platformasındakı hesabında yerləşdirdiyi postda senator Ed Markın COP29-da və Bakıdan qayıtdıqdan sonrakı çıxışlarına cavab verib. Hacızadənin sözlərinə görə, senator öz səfərinin nəticələrini "erməni lobbisinin eşitmək istədiklərinə uyğun şəkildə" təqdim edib.
-
Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2024-cü ilin ilk 10 ayında kibertəhdidlərlə mübarizə sahəsində əhəmiyyətli irəliləyiş əldə etdiyini və milyonlarla zərərli keçid və elektron sənədin aşkar edilərək bloklandığını bildirib.
-
22 noyabrda dövlət başçısı İlham Əliyev İsrailin Nəqliyyat və Yol Hərəkəti Təhlükəsizliyi naziri Miri Regevi qəbul edib. Miri Regev İlham Əliyevə İsrail Prezidenti İsxak Hersoqun salamlarını çatdırıb.
Minimum əməkhaqqı, pensiya, ehtiyac meyarı. Rəqəmlər real bazar qiymətinə uyğundur? – Zöhrab İsmayıl Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:02
- 73
Rəy yaz