![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2023/main/073100064957-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
Azərbaycanda 200-dən çox siyasi məhbus var, - hüquq müdafiəçiləri
Bakı/31.07.23/Turan: İyulun 31-də "Azərbaycan siyasi məhbuslarına azadlıq" İttifaqı 204 nəfərin daxil olduğu yenilənmiş siyahı dərc edib.
İnsan haqları strukturunun əvvəlki siyahısı aprelin 20-də açıqlanıb və bu siyahıya 182 nəfər daxil edilib.
12 nəfər isə onu tərk edib, bəziləri may ayının əfv fərmanına düşüb və ya cəza müddəti bitdikdən sonra azadlığa çıxıb.
Eyni zamanda siyahıya 34 yeni ad əlavə olunub.
Onların arasında müxalif siyasətçi və iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu, sabiq deputat, ictimai xadim və iş adamı Nazim Bəydəmirli, AXCP üzvü Elxan Əliyev də var. Siyahıda yer alan yeni simaların qalanları aprel-iyul aylarında narkotik alveri ittihamı ilə həbs edilən dindarlardır. Dindar siyasi məhbusların ümumi sayı 147 nəfərə çatıb.
204 siyasi məhbus 7 qrupa bölünür.
Birinci “jurnalist və bloqer” qrupunda Polad Aslanov, Osman Nərimanoğlu və bloggerlər Bəxtiyar Hacıyev, Rəşad Ramazanov və Aslan Qurbanov da daxil olmaqla 5 nəfər var.
“Müxalif partiya və hərəkatların üzvləri” qrupunda 7 nəfər, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları - Əlizamin Salayev, Niyaməddin Əhmədov, Şahin Hacıyev, Aqil Hümbətov, eləcə də yuxarıda adları çəkilən üç yeni şəxs var. Həmin partiyanın üzvü Elxan Əliyev, ADR sədri Qubad İbadoğlu və eks-deputat Nazim Bəydəmirli.
“Almaniyadan deportasiya edilən siyasi mühacirlər” qrupunda 5 nəfər var.
Dindarlar qrupunda artıq 147 var.
Tərtər işi üzrə 7, Gəncə işi üzrə 22 nəfər siyahıda qalıb.
Daha 11 siyasi məhbus ömürlük həbs cəzasını çəkir.
Bu şəxslər 1990-cı illərin ortalarında OPON qiyamına və digər cinayətlərə görə həbs edilərək ölüm cəzasına məhkum ediliblər. Ölüm hökmü ləğv edildikdən sonra onlar avtomatik olaraq parlamentin qərarı ilə ömürlük həbs cəzası verildi. Hərçənd həbs olunduqları zaman edamın alternativi 15 il həbs cəzası idi. Hüquq müdafiəçiləri hesab edirlər ki, qanunun geriyə qüvvəsi olmadığı üçün həmin şəxslər azad edilməli idi.
2018-ci ilin noyabr ayından "Azərbaycan siyasi məhbuslarına azadlıq" İttifaqının siyahısı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilir. İlk dəfə olaraq siyahıda 200-dən çox adam yer alıb. 06B
Cəmiyyət
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
-
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır Təhsil İnsititutunun təşəbbüsü və Azercell-in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Google Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
-
Çərşənbə günü paytaxtda hava tutqun olacaq. Axşama doğru Abşeronda bəzi yerlərdə yağıntı ola bilər. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə mənfi 1 + 2, gündüz müsbət 3 +7 dərəcə olacaq. Rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
Rəy yaz