Belarusun seçimi

Beloveja meşəsində SSRİ-nin yaradılması haqqında müqavilənin ləğvi haqqında sazişi imzalayan Rusiya, Belarus və Ukraynanın yolları ayrılıb. Ukrayna artıq Kremldən getdikcə daha çox uzaqlaşaraq, Qərbə doğru yönəlib. Polşa və Litva ilə qonşu olan Belarus sivil Avropaya üz çevirir, həm dəyərlər, həm də siyasət nöqteyi-nəzərdən onun ağuşuna qayıtmağa çalışır. Rusiya hələ də aqibətinin gələcək yönü ilə bağlı Avropa məkanına qayıtmaq və ya despotiya məkanında qalmaq seçimi qarşısındadır.

Belarus cəmiyyətinin despotiya şəraitində yaşamaqdan açıq-aşkar imtinasına formal olaraq 9 avqust prezident seçkilərinin cəmiyyətin qəbul etmək istəmədiyi nəticələri səbəb olub. Xalqın böyük hissəsinin hakimiyyətə qarşı əmin və prinsipial mübarizəsi cəmiyyətin etirazın bu təzahürünə şüurlu şəkildə hazır olduğunu göstərir. Biz kortəbii narazılıq müşahidə etmirik və seçkilərdə uduzan prezident Lukaşenkonun kənardan manipulyasiya haqqında dəlillərini qəbul edə bilmərik.

Belarusdakı hadisələrin hansı kontekstdə başladığına diqqət yetirmək lazımdır. Keçmiş SSRİ məkanı son 15 ildə kataklizmlərlə sarsılır, İttifaqın varisi – MDB oyuncaq ev kimi dağılır – Gürcüstan, Ukrayna təşkilatı tərk edib, daxili əlaqələr zəifləyir və cəmiyyətləri dəyişiklik zərurəti arzuları bürüyür. Rusiya özü də sarsılır. Xabarovsk qanunu Kreml üçün ictimai təfəkkürdə və əhval-ruhiyyədə dəyişiklik haqqında ciddi xəbərdarlıqdır – insanlar despotiyadan yorulur.

Cəmiyyət-dövlət münasibətlərində böhran da göz önündədir. Cəmiyyət rifaha və azadlığa can atır, dövlət isə tarixən bu səylərin məhdudlaşdırılması və yatırılması aləti olaraq qalır. Onların münasibətlərində tarazlıq və ahəng yalnız seçkilər, KİV, dövlətin idarə edilməsində siyasi iştirak və vətəndaş iştirakı vasitəsilə vətəndaşın dövlətə nəzarəti olduğu halda mümkündür.

Postsovet rejimlərinin problemi bu konsensusun olmamasındadır və belarusların Lukaşenkoya itaətsizliyi də bu ziddiyyətdən irəli gəlir. Digər qeyri-demokratik  ölkələrinin liderləri kimi, Lukaşenkonun da faciəsi ondan ibarətdir ki, onlar hesab edirlər ki, cəmiyyət-dövlət münasibətlərinin necə qurulmalı olduğunu yalnız onlar bilirlər, bu münasibətlərdə dövlətin sözü aprioridir.

Lukaşenko Rusiyanın təzyiqi və Böyük Qardaş tərəfindən udulma təhdidi şəraitində Belarusun qorunub saxlanması və inkişafı və belarusların özlərini dərk etməsi üçün çox şey edib, amma o, bir şeyi başa düşməyib, bu gün belaruslar bir millət kimi özləri öz inkişaflarını təmin etməyə və öz müqəddəratlarını müəyyən etməyə hazır olduqlarını ifadə edirlər. Və bu, təkcə belarusların deyil, ardıcıl olaraq hakimiyyətə qul olmadıqlarını xatırladan rusların da tələbidir.

Lukaşenkonun ümidsizcə Kremlin güc dəstəyini əldə etmək cəhdləri təkcə onun özü üçün deyil, Uzaq Şərqdən Brestə qədər xalqın narazılığını hiss edən Putin üçün də münasib yol deyil. Artıq onun vətənpərvərliklə manipulyasiya edərək, Gürcüstana və Ukraynaya hücum etdiyi 2008 və 2014-cü illər deyil. Artıq Rusiya silahı gücünə deyil, rusların ruh azadlığı istəyi əsasında ayaq üstə duran Rusiyanı azadlıq küləkləri bürüyüb.

Eyni zamanda, Gürcüstan və Ukrayna cəmiyyətləri azadlıq və despotiya seçimində parçalanmış olduğu halda, Belarus cəmiyyətinin azadlıq seçimində, demək olar ki, birlik olduğunu da diqqətə almamaq olmaz. Rusiya cəmiyyətində bu fikir ayrılıqları mübarizəsi kuliminasiya mərhələsindədir və əlbəttə ki, despotiyanın xeyrinə deyil. Amma Kreml azadlıq yolunda belarusları dayandırmağa çalışsa, 9 avqust belaruslar üçün bəhanə olduğu kimi, bu da Rusiya xalqı üçün bəhanə olacaq,

 

 

 

 

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti