BTQ Qərb və Şərq arasında çoxistiqamətliliyi gücləndirir

Qərb strategiyası. BTQ 2007-ci ildə sazişin imzalanmasından 2017-ci ildə işə salınmasına qədər on illik tarixə malik olsa da, onun əsası hələ 1993-cü ildə Avropa İttifaqının təşəbbüsü ilə qoyulub. Həmin vaxt SSRİ dövründə zəif inkişaf etmiş Avropa-Qafqaz-Mərkəzi Asiya nəqliyyat dəhlizinin inkişaf strategiyasını nəzərdə tutan TRASEKA proqramı qəbul edilmişdi.

Çin strategiyası. BTQ Çinin dəstəyini xeyli sonradan - 2012-ci ildə ÇXR "Bir zona - bir yol" dəmir yolu marşrutlarının inkişafı və şaxələndirilməsi proqramını qəbul etdikdən sonra alıb. "İpək yolu iqtisadi zonası" layhəsi çərçivəsində üç trans-Avrasiya iqtisadi dəhlizinin: şimali (Çin-Mərkəzi Asiya-Rusiya-Avropa), mərkəzi (Çin-Mərkəzi və Qərbi Asiya-Fars Körfəzi və Aralıq Dənizi) və cənubi (Çin-Cənub-Şərqi Asiya-Cənubi Asiya-Hind Okeanı) dəhlizlərin yaradılması nəzərdə tutulur.

Hər iki strategiyanı, demək olar ki, çoxvektorlu dəmir yolu marşrutlarının hər iki son tərəfi sinxronlaşdırıb, bu da Şimal Buzlu Okeanından Hind Okeanına qədər olan sahədə Qərb-Şərq nəqliyyat dəhlizinin inkişafı və idarə edilməsi ilə bağlı ziddiyyətləri istisna edir.

Rusiya. Qərbi Çin layihəsinin mühüm geosiyasi tranzit komponenti olan Rusiya nəqliyyat marşrutlarının çoxistiqamətliliyi ideyaları yaranarkən SSRİ-nin dağılmasından sonra beynəlxalq oyunçuların Qafqaz və Mərkəzi Asiyada fəallığına qısqanclıqla yanaşsa da (bu, ən çox SSRİ-də sistem yaradan mərkəzin imperiya süstlüyündən irəli gəlirdi), sonradan bu məsələdə getdikcə daha çox Realpolitik rəhbər tutulurdu.

Rusiyanın TRASEKA proqramı ilə bağlı hələ 2000-ci ildə bəyan etdiyi rəsmi mövqeyi ondan ibarətdir ki, bu proqram "Rusiyadan yan keçməklə" nəqliyyat kommunikasiyalarının yaradılmasını, habelə "MDB ölkələri arasında mərkəzdənqaçma təmayüllərinin" gücləndirilməsini nəzərdə tutur. Bununla belə, MDB-nin analitik sənədlərində TRASEKA proqramı MDB-nin əsas beynəlxalq nəqliyyat dəhlizlərindən biri kimi qiymətləndirilir (Turaeva M.O., Avrasiyada Nəqliyyat-infrastrukturlayihələri // Dəyişikliklər dünyası: jurnal. - M., 2016. - №1. -S.127-137).

Son 10 il ərzində Rusiya daha çox müxtəlif istiqamətlərdə öz dəmir yolları potensialının inkişafı və artırılması ilə məşğuldur, burada Avropanı və bütün Uzaq Şərqi birbaşa birləşdirən Transib və BAM strateji rol oynayır.

Bu rol 2008-ci ilin iyununda hökumət tərəfindən qəbul edilmiş RF-nin "2030-cu ilə qədər dəmir yolu nəqliyyatının inkişaf strategiyası"nda nəzərəçarpacaq şəkildə təqdim olunub. Xüsusən, bu strategiyada qarşıya dəmir yolu nəqliyyatının beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiyası bazasında Rusiyanın tranzit potensialının həyata keçirilməsi vəzifəsi qoyulub. Bu proqram sənədində əsas diqqət ölkənin öz infrastruktur qurğularının inkişafına və gücləndirilməsinə yetirilib və BTQ və trans-Xəzər marşrutunun adı çəkilmir, qaldı ki, onların mənfi qiymətləndirilməsi. Ümumiyyətlə, qeyd etmək olar ki, son vaxtlar rəsmi səviyyədə alternativ, daha doğrusu isə paralel marşrutlar, o cümlədən BTQ Rusiya tərəfindən "düşmən" kimi qiymətləndirilmir. Və bu, o səbəbdən aydındır ki, illik 18 mln. tona qədər yükdaşıma perspektivinə görə BTQ Rusiyanın ümumi yükdaşıma həcmini illik 300 mln. tondan artıq rəqəmə çatdırmağı planlaşdırdığı BAM-Transsib tandemi ilə müqayisə belə oluna bilməz.

Rusiyada sonuncu böhran təzahürləri və maliyyə imkanlarının daralması Kremli getdikcə daha çox diqqəti Strategiya üzərində cəmləşdirməyə və real resurs və imkanların mövcudluğundan irəli gələrək, onda qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə vadar edir. Bununla əlaqədar Strategiya həyata keçirildikcə, prioritetlərin müəyyən edilməsi, maliyyə resurslarının səfərbər edilməsi və onlardan istifadə səmərəliliyinin artırılması üzrə düzəlişlər edilir.

Həmçinin, qeyd etmək lazımdır ki, Şimal-Cənub (Rusiya-Azərbaycan-İran) kimi Qərb-Xəzər dəmir yolu marşrutunun həyata keçirilməsi müəyyən dərəcədə nəinki Rusiyanın BTQ-nin işə salınmasından yaranan bəzi cüzi itkilərini zərərsizləşdirir, həm də bu marşrutdan Türkiyə istiqamətində istifadə şəklində əlavə üstünlüklər yaradır. Bununla əlaqədar Strategiyaya Şimali Qafqaz dəmir yolunun buraxılış qabiliyyətinin artırılması məqsədilə bu yolun inkişaf etdirilməsi vəzifəsi əlavə edilib.

Konsensus. Ümumilikdə, Azərbaycanda birləşən BTQ-nin və daha sonra Şimal-Cənub yolunun işə salınması Rusiyanın öz yüklərini və tranzit yükləri şimal-şərq və Hindistan istiqamətində nəql etməsi üçün əlverişli şərait yaradır. Və burada Rusiya və Qərbin, o cümlədən Çinin Azərbaycanda tranzit maraqlarının qarşıdurmasından söhbət belə gedə bilməz.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti