Hacı Cavad məscidin icması

Hacı Cavad məscidin icması

Amma məscid ətrafındakı vəziyyətin də üstünə gəldiyi ictimai-siyasi kontekstə diqqətlə baxdıqda, Sovetskaya küçəsində zorla sökülmüş məhəllələrin məhdud qalıqlarında bu kiçik hadisə cəmiyyətdə yeni atmosferin formalaşdığını - vətəndaş sektorunda və böhranlı dövlətdə gərginlik olduğunu göstərir.

Günbəz və minarə kimi atributları olmadığına görə daha çox ibadət evi adlandırıla biləcək məscidin icması formal olaraq hakimiyyətin şəhərin konkret hissəsinin - Sovetskinin yenidən qurulması bəhanəsilə məscidin sökülməsi planına qarşı çıxdılar. Amma bu, dindarların bu qətiyyətinin yalnız zahiri hissəsidir. Onu bəhanə kimi təsnif etmək doğru olardı. Azərbaycanda postsovet dövründə inkişaf edən islamın etiraz fəlsəfəsini qəbul edərək, SSRİ-nin dağılması dövründəki milli azadlıq mübarizəsini və 90-cı illərin demokratiya dalğasını əzib keçdiyi sirr deyil və bu barədə kifayət qədər araşdırmalar və rəylər olub. Daha doğrusu, islam müqavimətinin demokratik müxalifətin hakim rejim tərəfindən darmadağın edildiyi meydanda yarandığını demək daha doğru olardı. İndi bu etirazçı islam dalğası korrupsiya, oğurluq bataqlığına düşmüş, vətəndaşların hüquq və azadlıqlarını pozan hakimiyyətə qarşı yönəlib. Məhz məscidlər mənəvi birlik və vətəndaşların hazırki rəsmi siyasətə müqaviməti mərkəzlərinə çevrilib.

Hakim elita ilk gündən dindar etirazçı seçicilər kütləsinin yaranması və böyüməsi təhlükəsini dərk edirdi və buna görə dini qrupların və icmaların neytrallaşdırılması üzrə bir sıra tədbirlər görürdü. Bu tədbirlərə əsasən dini qruplara nəzarəti, güc və təşviqat xarakterli tədbirləri - həbslər və yeni dini məbədlərin tikintisi, islam dünyası ilə birləşmə, Qərbdən ölkəyə xristian təsirinə qarşı mübarizə üzrə ictimai siyasətin həyata keçirilməsi və s. aid etmək olar.

Vaxtaşırı müsəlman icmalar və hakimiyyət arasında açıq qarşıdurma olurdu və bir qayda olaraq, hakimiyyətin itaətkarlığa məcburetmə xəttinin qələbəsi ilə yekunlaşırdı. Bu seriyadan ən uzunmüddətlisi Nardaran epopeyası olub. 2001-ci ildə hakimiyyət bu qəsəbədə vaxtaşırı sosial etirazlar şəklində özünü göstərən etirazçı hərəkatı zəiflədə bilmədi. 14 illik taymaut götürdü və nəhayət, müqavimət mənbəyinin yatırılması üzrə genişmiqyaslı aksiya keçirdi, 2015-ci ilin payızında yerli icmanın çox sayda nümayəndəsini həbs etdi və orada FH rejimi tətbiq etdi. Bu qorxutma aksiyası digər dindar qruplar üçün nümunə və cilovlayıcı amil olmalı idi. Amma Hacı Cavad məscidi ətrafında yaranmış vəziyyətdən göründüyü kimi, bu taktika uğursuz oldu. Nardaran işi üzrə genişmiqyaslı məhkəmə prosesi ilə paralel olaraq ibadət evinin sökülməsinə qarşı qəti etiraz baş qaldırdı.

Məscidin müdafiəsi çərçivəsini aşan bu etiraz, şübhəsiz, təkcə dini icmanın deyil, bütünlükdə cəmiyyətin etirazçı əhval-ruhiyyəsinin özünü büruzə verməsidir. Daha sadə dillə desək, bu, aşağıların yuxarılara qarşı etirazıdır. Və hakimiyyətin onu düşmən qüvvələrin quyu qazması kimi şərh etməsi cəmiyyət və hakimiyyət arasında tam uzlaşma olduğu təsəvvürü yaratmaq üzrə uğursuz cəhd idi.

Bu halda hakimiyyətin bundan sonra hansı mövqeyi tutacağı çox da əhəmiyyətli deyil. Həm də görünür ki, o, hələlik ənənəvi itaətsizliyə görə cəzalandırma siyasətindən istifadə etməyə çalışır. Sakinlər üçün nəzərdə tutulmuş rəsmi və yarı-rəsmi şablonlar buna dəlalət edir. İlkin olaraq nüfuzdansalma xarakterli qiymətləndirmələr: şəhərin abadlaşdırılmasına qarşı çıxmaq yaxşı deyil, bu aksiya ermənilərin dəyirmanına su tökür, islam dünyasında ölkənin imicini aşağı salmaq cəhdidir, dövlət və cəmiyyət arasında qarşıdurma yaratmağa çalışan qüvvələrin əməlləridir. İkinci sakitləşdirici-barışdırıcı qiymətləndirmələr: prezident çox inanclıdır, prezident məscidlə bağlı məsələnin həlli üzrə komissiya yaratmaq və yeni məscid tikmək göstərişi verib. Yəni prezidentin köməkçisi Əli Həsənovun səsləndirdiyi bu ziddiyyətli dəlillər bir tərəfdən qətiyyətsizlik olduğunu, digər tərəfdən isə məsələni daha əlverişli şəraitdə yenə də güc yolu ilə həll etmək niyyətini göstərir. Onlar hakimiyyətin, dindarlardan və ya dünyəvi vətəndaşlardan ibarət olmasından asılı olmayaraq, itaətsiz vətəndaş qrupları ilə güc mövqeyindən çıxış etmək məsələsində əyilməz olduğunu göstərir. Qaçqınların kommunal xidmətlərə görə ödəniş tətbiq edilməsinə qarşı etirazında da belə olub. Ödəniş tətbiq edilməsi haqqında sərancam lokal etirazlardan sonra prezident tərəfindən ləğv olundu, amma eyni zamanda, bu aksiyaların bəzi fəal iştirakçıları həbs olundu və azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. Hakimiyyət son nəticədə bütünlükdə cəmiyyət üçün ibrət olsun deyə ənənəvi zorakılıq xəttini çəkdi.

Hacı Cavad məscidi də belə olacaq. Amma bu ənənəvi yanaşma cəmiyyətdə etirazçı əhval-ruhiyyənin neytrallaşdırılması problemini həll edəcəkmi? Zənnimcə, həll etməyəcək. 2015-ci ildə ölkənin düşdüyü və ən böyük səbəblərindən biri vətəndaşların azadlıqlarının kütləvi şəkildə pozulması olan sistemli böhran vəziyyəti ilə əlaqədar hazırki zorakılıq siyasəti şəraitində cəmiyyət və hakimiyyət arasında gərginlik artacaq. Dini səviyyədə, informasiya səviyyəsində, sosial səviyyədə çoxminlik etiraz əhval-ruhiyyəsi özünü göstərir. Və göründüyü kimi, onların artması təmayülü var, ən azından əksərən etirazlarla səciyyələnən sosial informasiya məkanını misal göstərmək olar. Burada informasiya fəallarının, onların qohumlarının həbsi, "xalq düşmənləri" ilə qohumluqdan imtinalar, işdən qovulmalar və s. artıq Stalin dövründə tətbiq edilərkən verdiyi səmərəni vermir. Dövr həmin dövr deyil.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti