Erdogan and Putin
Tərəflər Suriyada hərbi münaqişənin dinc yolla nizamlanmasna dair memorandum imzalayıblar. Sənəd Suriyanın İdlib əyalətində döyüşən tərəflər arasında atəşkəsi nəzərdə tutur. Atəşkəs rejimi 6 mart saat 00.00-dan qüvvəyə minəcək.
Suriyanın şimalında Haseki-Hələb M4 trassı boyunca 12 kilometrlik təhlükəsizlik dəhlizi müəyyən edilib. Martın 15-dən Rusiya və Türkiyə bölgədə birgə patrul xidmətlərinə başlayır. Və nəhayət, tərəflər qeyd ediblər ki, Suriyada münaqişənin hərbi yolla həlli yoxdur və gələcək siyasi məsləhətləşmələr barədə razılığa gəliblər.
“Suriyanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əməl etmək zərurəti” ilə bağlı Rusiya və Türkiyə liderlərinin bəyanatına baxmayaraq, Suriyanın bölünməsi faktiki olaraq baş verdi”, - rusiyalı politoloq Vitali Arkov sosial şəbəkədə yazır.
M4 trassı (tərəflərin birgə nəzarət etməyi qərara aldıqları - red.) faktiki olaraq Suriya-Türkiyə sərhəddinə paraleldir və beləliklə, Suriyanın şimalı Ankaranın və onun dəstəklədiyi silahlı müxalifət dəstələrinin və “Həyat Təhrir əş-Şam” qruplaşması terrorçularının nəzarətində qalır.
“Barışıq çətin ki uzun sürsün, çünki Rəcəp Tayyip Ərdogan Moskva danışıqlarının nəticələrinə görə almaq istədiyi şeylərin az bir hissəsini aldı. O isə bütün Suriyaya ümid edirdi. Lakin sızan bəzi məlumatlara görə, Vladimir Putin Bəşər Əsədə güzəştə gedib, yəni, o, Suriya prezidenti postunu tərk edəcək, Rusiya və Türkiyənin nəzarəti altında keçirilən “azad” seçkilərdə iştirak etməyəcək, - Arkov bildirib.
Azərbaycanlı ekspert Elxan Ələsgərov bildirir ki, faktiki olaraq Putin və Ərdoğan Suriya prezidenti Bəşər Əsəd ordusunun hücumuna son qoyulmasına razılıq veriblər və Ankara İdlib ətrafında “Osmanlı” buferini yaratmağa başlayacaq.
“Atlas” Analitik Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib ki, İdlibin yeni statusunun elan olunmasının vacibliyi barədə Ərdoğanın fikirlərinə Putinin münasibəti aydın deyil.
E.Şahinoğlu “Atlas” mərkəzinin hesabatında İdlibin Əsəd ordusu tərəfindən atəşə tutulmasına Türkiyənin hərbi əməliyyatlarla cavab vermək hüququnü özündə saxlaması barədə Ərdoğanın açıqlamasına toxunur. Politoloqun fikrincə, Rusiya prezidentinin bəzi bəndlər üzrə Ərdoğanla razılaşması onunla izah olunur ki, Türkiyə Bosfor və Dardanel boğazlarını Rusiyanın hərbi gəmilərinin keçməsi üçün bağlaya bilər.
Əsas məsələ budur ki, yeni Moskva razılaşması nə vaxta qədər həyata keçiriləcək?- Şahinoğlu sual edir və qeyd edir ki, tərəflər Suriya ilə bağlı dəfələrlə razılığa gəliblər və atəşkəs hər zaman pozulub.
Rusiya istəyir ki, Türkiyə Suriyanın şimalında fəaliyyət göstərən “Həyat Təhrir əş-Şam” qrupunu tamamilə neytrallaşdırsın, ancaq Türkiyə bunu edə bilmir. İdlibdə on minlərlə terrorçu toplaşıb və təslim olmayacaqlar və o qədər güclüdürlər ki, türkpərəst qüvvələri (“Azad Suriya Ordusu”) Türkiyə sərhəddinə qədər sıxışdırıblar.
Əgər “Heyrat Təhrir əş-Şabart” terrorçuları Rusiya bazasına raket atarsa, o zaman Rusiya təyyarələri və Əsəd ordusu İdlib şəhərini bombalayacaq, dinc sakinlər həlak olacaq və Türkiyə yenə də buna laqeyd qalmayacaq. Yəni, Moskva razılaşmasının taleyi “Həyat Təhrir əş-Şam”ın davranışından asılıdır.
Bu terrorçuların problemini həll etmək üçün Ərdoğana xüsusi plan hazırlamaq lazımdır. Onun variantlarından biri: “Həyat Təhrir əş-Şam” özünü buraxır, onun bir hissəsi “Azad Suriya Ordusu”nun tərkibinə daxil olur, digərləri şəhəri tərk edirlər. Bu planın reallaşması olduqca çətindir, - Elxan Sahinoglu fikrini yekunlaşdırıb.
Əlavə edək ki, rusiyalı parlamentarlar Suriya ilə bağlı danışıqların yekunlarını qiymətləndiriblər. Federasiya Şurasında güman edirlər ki, İdlibdə barışıq barədə əldə edilmiş razılaşmalar nikbinliyə əsas verir. Öz növbəsində Dövlət Dumasında qeyd ediblər ki, xarici qüvvələr Moskva və Ankaranın arasını poza bilməz.
Rəy yaz