![16 əcnəbi qanunsuz ova görə saxlanılıb](https://turan.az/resized/media/2016/main/102600172945-750-500-resize.webp)
16 əcnəbi qanunsuz ova görə saxlanılıb
Bu ilin 10 ayında Azərbaycanda 137 ölkə vətəndaşı və 16 əcnəbi (BƏƏ, Türkiyə, Pakistan, İraq və Suriya) qanunsuz ova görə saxlanlılıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
119 ov tüfəngi və patron götürülüb. Qanunu pozan 144 nəfərə qarşı ümumi məbləği 162 600 manat həcmində cərimə tətbiq edilib. Xarici pozucular barədə məlumat Dövlət Miqrasiya Xidmətinə göndərilib.
Əcnəbilər üçün ovu oliqarxlara və dövlət məmurlarına məxsus bir neçə kiçik firma həyata keçirir. -02D-
-
- İqtisadiyyat
- 26 Oktyabr 2016 13:43
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz