koronavirusinfo.az
28 nəfər koronavirusa yoluxub
Bakı/17.02.23/Turan: Azərbaycanda son sutkada koronavirus infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər ölüb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
İndiyədək ölkədə ümumilikdə 828 320 nəfər koronavirus infeksiyasına yoluxub, 818 090 nəfər müalicə olunaraq sağalıb. Hazırda 128 aktiv xəstə var. Bu günə qədər 10 102 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma ilə əlaqədar 932 test icra olunub. 0
-
- Siyasət
- 17 Fevral 2023 16:44
Cəmiyyət
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
-
“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi start götürüb. Ötən ildən etibarən uğurla davam edən bu proqram Azərbaycanın startap ekosisteminin gücləndirilməsinə, gənc mütəxəssislərin İT və İKT sahələrində inkişafına dəstək olmaq məqsədini daşıyır. Bu il “İdeya İnkubasiyası Proqramı”nda tələbələrdən ibarət 10 komanda birincilik uğrunda yarışacaq.
Rəy yaz