AMİP Mərkəzi Şurasının iclsı keçirilmişdir
AMİP “Siyasi partiyalar haqqında” Qanunlf baqlı fəaliyyət planı təsdiqlənmişdir
Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının iclası keçirilmişdir. Şəhidlərin və Türkiyədə “əsrin fəalkəti” nəticəsində həlak olmuş insanların xatirəsini yad etməklə başlayan iclasda ölkədə və regiondakı mövcud durum, eləcə də “Siyasi partiyalar haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Zəlzələnin ilk saatlarından etibarən dövlət və millət olaraq hər kəsin səfərbər olması, ayrı-ayrı dövlət qurumlarının, “Heydər Əliyev” fondunun timsalında qeyri hökumət təşkilatlarının, sahibkarların və xüsusilə də vətəndaşlarımızın zəlzələdən zərər çəkmiş insanlara yardım etmək üçün bir yumruq kimi birləşməsi müsbət qiymətləndirilmiş, partiya üzvlərinin istər maliyyə, istər humanitar yardım, istərsə də könüllülər olaraq göstərdiyi fəaliyyətin bundan sonra da davam etdirilməsi ilə bağlı bütün partiya üzvlərinə çağırış edilmişdir.
AMİP Mərkəzi Şurası Laçın yolunda ekoloqların, vətəndaş cəmiyyəti fəallarının və könüllülərin keçirdiyi aksyanın tələblərini dəstəkldiyini bildirmiş, ərazilərimizdəki təbii sərvətlərin talanmasına, Laçın yolu vasitəsilə silah və mina daşınmasına, eləcə də ayrı-ayrı xarici ölkələrin xüsusi xidmət orqanlarının və üçüncü ölkə vətəndaşlarının ərazilərimizə qeyri-qanunu səfərlərinə son qoymaq üçün yolun Azərbaycan tərəfindən nəzarət götürülməsi və bu məqsədlə həmin ərazidə Azərbaycan-Ermənistan sərhəddində sərhəd və kömrük məntəqəsinin qurulması üçün konkret addımların atılması hakimiyyətdən tələb edilmişdir.
Mərkəzi Şura tərəfindən qəbul edilmiş bəyanatda üçtərəfli bəyanatın tələblərindən irəli gələn öhdəliklərə uyğun olaraq ərazilərimizdəki erməni hərbi birləşmələrinin çıxarılması və Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətin həyata keçirilməsi üçün hərbi əməliyyatlara başlanmasının vacibliyi vurğulanmışdır.
Bəyanatda həmçinin ayrı-ayrı beynəlxalq təşkilatların və dövlətlərin Azərbaycan əleyhinə qəbul etdikləri bəyanat və qətnamələrin ikili standartlar və xristian təəsübkeşliyindən irəli gəlməsi ilə yanaşı, həm də həmin təşkilatlarda və dövlətlərdə təmsil olunan diplomatik nümayəndələrimizin fəaliyyətsizliyinin və üzrələrinə düşən vəzifələri düzgün icra edə bilməməsinin nəticəsi olaraq qiymətləndirilmişdir.
AMİP Mərkəzi Şurası həmçinin İranın Azərbaycan dövlətinə və cənubdakı soydaşlarımıza qarşı terror siyasəti həyata keçirdiyini vurğulayaraq İrandan gələn təhlükənin dəf olunmasının təkcə dövlətin ayrı-ayrı strukturlarının deyil, hər bir vətəndaşın borcu olduğunu bəyan edərək İranın cəsus şəbəkəsinə qarşı mübarizədə hər kəsin ayıq-sayıq olmasının vacibliyini qeydetmişdir.
İclasda həmçinin ölkədəki qiymət artımı ilə bağlı məsələ da geniş şəkildə müzakirə olunmuşdur. AMİP Mərkəzi Şurası, istər ərzaq, istər tibbi preparatların qiymətlərində az qala hər gün artım olması ilə yanaşı, müvafiq dövlət qurumlarının səhv siyasəti nəticəsində komunal və nəqliyyat xərclərində də mövcud olan artımların hakimiyyətin sosial dövlət konsepsiyasına uyğun gəlmədiyini bəyan edərək əmək haqqı və müavinətlərə olan artımların əhalinin normal yaşayışını təmin etmək üçün kifayət etmədiyini bəyan etmişdir.
Daha sonra “Siyasi partiyalar haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası ilə bağlı məsələlər müzakirə olunmuş və fəaliyyət planı təsdiqlənmişdir. Bu barədə AMİP-in mətbuat mərkəzinin yaydığı məlumatda deyilir.
Cəmiyyət
-
Yanvarın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.
-
Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin hərbi qulluqçusu Baxşəliyev Adil Baxşəli oğlu silahdan atəş açaraq intihar edib.
-
Yanvarın 16-da paytaxtda yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq.
-
Milli Hidrometeorologiya Xidməti 16 yanvar üçün hava proqnozunu açıqlayıb. Proqnozda ölkə ərazisində müxtəlif hava şəraitinin müşahidə ediləcəyi bildirilib.
Rəy yaz