Apellyasiya Məhkəməsi təkbaşına aksiya keçirən AXCP üzvünü azadlığa buraxmadı
Bakı/30.08.19/Turan: Avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində Hakim Vaqif Mursaqulovun sədrliyi ilə AXCP üzvü Səhlədar İsgəndərlinin apellyasiya şikayətinə baxılıb.
S.İsgəndərli avqustun 18-də metronun "28 May" stansiyasının qarşısında təkbaşına aksiya keçirərək, üzərində prezident İlham Əliyevə istefa, siyasi məhbuslara azadlıq tələbləri yazılmış plakat qaldırıb. Bu video sosial şəbəkələrdə yayılıb.
Suraxanı rayon Məhkəməsinin 20 avqustdakı qərarına əsasən, S.İsgəndərli İnzibati Xətalar Məcəlləsinin 206 (narkotik maddənin şəxsi istehlak miqdarında əldə olunması, saxlanması) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib.
Vəkil Əsabəli Mustafayevin verdiyi məlumata görə, Suraxanı Rayon Məhkəməsinin onun haqqında çıxardığı qərar qanunsuz və əsassızdır.
Vəkilin sözlərinə görə, qərarda Səhlədarın Suraxanı rayonunda tutulduğu, onun üzərindən narkotik tapıldığı, polisin qanuni tələbinə tabe olmadığı göstərilib. Amma onu iş yerindən - Kukla Teatrının yanından tutub aparıblar. Müdafiəçi deyir ki, S.İsgəndərli tutulmamışdan təxminən bir saat əvvəl sosial şəbəkələrdə evlərinə polislərin gəldiyini, onu axtardıqlarını yazıb: "Səhlədar İsgəndərli avqustun 18-də təkbaşına aksiya keçirib. Avqustun 19-dan onu axtarıblar, evlərinə gəliblər. Avqustun 20-də tutulmamışdan əvvəl özü də bu barədə Facebook səhifəsində yazıb. Adam bilir ki, onu polislər axtarır, üzərində narkotik saxlayarmı? Məntiqli deyil axı...".
Ə.Mustafayev cəbhəçi gəncin müdafiə hüququnun pozulduğunu, işinə baxılarkən vəkillə təmin olunmadığını söyləyib.
S.İsgəndərli özü də siyasi baxışlarına, keçirdiyi aksiyaya görə cəzalandırıldığını söyləyib.
Bundan sonra hakim müşavirədən sonra Suraxanı rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qərarını qüvvədə saxlayıb. -16D-
-
- Siyasət
- 30 Avqust 2019 15:44
-
- İqtisadiyyat
- 30 Avqust 2019 16:01
Cəmiyyət
-
Abşeron rayonundakı müəssisələrdən birində baş verən insident nəticəsində bir Hindistan vətəndaşı ölüb, digəri xəsarət alıb. Bu barədə yanvarın 13-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
-
Yeni nəqliyyat proqramı çərçivəsində paytaxtın ekoloji cəhətdən təmiz, sürətli və birləşdirici ictimai nəqliyyat sistemi olaraq metropolitenin daha geniş əhatə dairəsinə malik olması hədəflənib.
-
Çərşənbə axşamı Bakıda hava şəraiti dəyişkən buludlu olacaq. Gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yanvarın 13-nə olan hava proqnozunu açıqlayıb. Ölkə üzrə mülayim hava şəraiti gözlənilir.
Rəy yaz