Azərbaycan XİN İsrail dronları haqqında məlumatları təkzib edib
Bakı/30.08.19/Turan: Azərbaycan XİN-in mətbuat xidməti bir sıra xarici KİV-lərin guya Azərbaycanda İsrail dronları olması haqqında məlumatlarını təkzib edib. "Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir.
Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır", deyə XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Müdafiə Nazirliyi də bənzər təkzib yayıb. Bu mövzuda nəşrlərə gəlincə, bir sıra Suriya KİV-lərində İranyönlü döyüşçü dəstələrin rəhbərlərinə istinadla belə məlumatlar dərc edilib. -02D-
-
- İqtisadiyyat
- 30 Avqust 2019 15:41
-
- Cəmiyyət
- 30 Avqust 2019 15:53
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz