РИА Новости
Azərbaycanda distant təhsil müddəti uzadılıb
Bakı/26.12.20/Turan: Azərbaycanda distant təhsil müddəti yenidən uzadılıb. Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə "Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili üzrə əlavə tədbirlər haqqında" qərara dəyişikliklər edib.
Qərara əsasən, Azərbaycanda təhsil müəssisələrində distant təhsil müddəti 30 dekabr 2020-ci ildən 31 yanvar 2021-ci ilə qədər uzadılıb. Bundan əvvəl isə Azərbaycanda distant təhsil müddəti 2020-ci ilin sonuna qədər uzadılıb.
Azərbaycanda martın 24-dən karantin rejimi fəaliyyət göstərir. Bu rejim 18 yanvar 2021-ci ilə qədər uzadılıb. Elə həmin səbəbdən keçən tədris ilində Azərbaycanda martın 3-dən distant təhsil tətbiq edilib və bu tədris ilinin sonuna qədər davam etdirilib.—0—
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz