Çağırışçıların hərbi hissələrə bölüşdürülməsi başa çatıb
Müdafiə Nazirliyi hərbi çağırışçıların nazirliyin hərbi hissələrinə bölüşdürülməsi prosesinin başa çatması haqda açıqlama yayıb. Açıqlamada siyahıların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə göndərildiyi nəzərə çatdırılır.
Valideynlərin övladlarının hansı hərbi hissələrə yerləşmələri barədə məlumatları həmin şöbələrdən öyrənə biləcəkləri qeyd olunur. Əlavə məlumat almaq istəyənlərə isə nazirliyin (539-90-28; 539-61-10; 539-23-55) nömrəli “qaynar xətt”lərinə zəng etmək xahiş olunur.
-
- İqtisadiyyat
- 30 Dekabr 2012 12:59
-
- İqtisadiyyat
- 30 Dekabr 2012 13:23
Cəmiyyət
-
Son zamanlar Azərbaycanda plastik əməliyyatları həyata keçirən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Ayrı-ayrı məlumatlara görə, bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomu belə yoxdur. Həmin məlumatlarda iddia edilir ki, saxta həkim diplomları ilə fəaliyyət göstərən bəzi şəxslər müxtəlif klinikalarda çalışır.
-
Elon Mask, texnologiya milyarderi və X (əvvəlki adıyla Twitter) platformasının sahibi, dövlət rəsmilərinin mental hazırlığı ilə bağlı debatları yenidən gündəmə gətirərək vəzifə sahibləri üçün zəka testlərinin keçirilməsini təklif edib. Musk-ın bu təklifi, 81 yaşlı ABŞ konqresmeni Key Qrencerin küçədə azaraq sonradan demensiya xəstələri üçün nəzərdə tutulmuş qocalar evinə yerləşdirilməsindən sonra irəli sürülüb.
-
Dekabrın 22-də "Keşlə bazar"ında fəaliyyət göstərən satıcılar etiraz aksiyası keçiriblər. Onlar yanvarın 1-dən bazarın bağlanmasına etiraz ediblər.
-
Dekabrın 24-də paytaxtda yağıntı gözlənilmir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək.
Rəy yaz