SKMF Binəqədi rayonunda prioritet kreditləşmə sahələrini müəyyən edib
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Binəqədi rayonunun Xocasən qəsəbəsində prioritet sahələr üzrə layihələrin qəbuluna başlayıb.
Nazirliyin məlumatında deyilir ki, burada heyvan kəsimi, kiçik çörək istehsalı müəssisəsi, kiçik toxuculuq və əyirmə müəssisələrinin yaradılması üzrə layihələr qəbul ediləcək.
Bu gündən subyektlər müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. Kreditlər 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. 2011-cu ildə Fond 1643 layihə üzrə 138 mln manat güzəştli kreditlər verib. Bunun 35 mln manatı 210 layihə üzrə Bakı qəsəbələrinə verilib. 2012-ci ildə SKMF-nin kreditləri 200 mln manat olacaq. Bundan 90,1 mln manat dövlət büdcəsindən ayrılan vəsaitdir. 2013-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 300 mln manata çatacaq. Bunun yarısı büdcə vəsaiti olacaq. İlin əvvəlindən Fond 2419 investisiya layihəsinin maliyyələşməsinə 218 mln manat ayırıb. --15D--
-
- Cəmiyyət
- 30 Dekabr 2012 13:11
-
- İqtisadiyyat
- 30 Dekabr 2012 14:33
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi günü sosial rifahın yaxşılaşdırılmasına yönəlmiş sərəncam imzalayıb. Sərəncama əsasən, ölkədə minimum aylıq əməkhaqqı 1 yanvar 2025-ci ildən etibarən 400 manat (235 ABŞ dolları) müəyyən edilib.
-
Türkiyə şirkətləri YDA və ASFAT Qazaxıstanın Kurık limanı yaxınlığında gəmiqayırma zavodu tikməyi planlaşdırır. Bu təşəbbüs Qazaxıstanın daxili donanma çatışmazlığını həll etmək məqsədini daşıyır. Qazaxıstanın Nəqliyyat Naziri Marat Karabayev bu barədə bazar ertəsi parlament sessiyasında məlumat verib. Layihə, Qazaxıstanın dəniz imkanlarını və logistika infrastrukturunu gücləndirmək ambisiyalarını vurğulayır.
-
Qazaxıstanın Nəqliyyat Naziri Marat Karabayev ölkənin Avrasiyada aparıcı nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün cəsarətli yol xəritəsini təqdim etdi. Bazar ertəsi parlamentdə çıxış edən Karabayev, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri arasında illik 1 trilyon dollarlıq yük axınından pay almaq strategiyalarını ətraflı izah etdi.
-
ASCO-ya məxsus təmir olunmuş “Şahdağ” bərəsi Azərbaycan-Kazaxıstan marşrutu üzrə fəaliyyətini bərpa edərək Xəzər dənizinin hər iki tərəfindəki limanlarda yük maşınlarının sıxlığını azaltmağı hədəfləyir.
Rəy yaz