Elçin Həsənzadə təhdidlərə məruz qaldığını bildirir
Bakı/17.06.19/Turan: Jurnalist Elçin Həsənzadə naməlum şəxslər tərəfindən hədələrə məruz qaldığını bildirir. O hesab edir ki, həmin şəxslər Mingəçevir Su Kanal İdarəsinin rəisi Maarif Məmmədovun adamlarıdır.
"Əvvəllər məhkum olunmuş Maarif Məmmədovun yüksək posta təyin edilməsilə bağlı məlumat yazdıqdan sonra mənə qarşı təzyiqlər başladı", - E.Həsənzadə deyib.
Ancaq maraqlıdır ki, E.Həsənzadə bildirir ki, təzyiqlər və hədələr məlumat dərc edildikdən iki ay sonra başlayıb.
"İyunun 15-də mobil telefonuma zəng edərək bəzi məsələləri aydınlaşdırmaq üçün görüşə çağırdılar və cəza ilə hədələdilər", - E.Həsənzadə deyib və həyatının təhlükədə olduğunu qeyd edib.
Öz növbəsində M.Məmmədov Turan ilə söhbətində deyib ki, sahibkar E.Həsənzadə təzyiq göstərilməsi üçün heç bir tədbirə əl atmayıb.
"O, ağlına gələni yazır, ancaq bu, həqiqəti əks etdirmir. Mən ancaq bunları deyə bilərəm", - M.Məmmədov vurğulayıb. -0-
-
- Cəmiyyət
- 17 İyun 2019 19:07
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz