Fəallar M.Ə.Rəsulzadənin abidəsinə buraxmayıblar
Bakı/29.05.18/Turan: Demokratiya və Rifah Hərəkatının (DRH) bir qrup fəalı Bakı Şin Zavodu ərazisində Məmməd Əmin Rəsulzadənin abidəsi önünə gül qoymaq istəyib. Amma polis onları müəssisənin ərazisinə buraxmayıb.
Bu barədə DRH rəhbəri Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, Respublika Günündə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar abidə önünə gül qoymaq və onun ətrafında iməcilik keçirmək istəyiblər, belə ki, abidə və ətrafındakı ərazi baxımsız vəziyyətdədir.
"Bunu etməyimizə mane olublar. Bu, hakimiyyətin Məmməd Əmin Rəsulzadənin şəxsiyyətinə və AXC irsinə qısqanc münasibətinin göstəricisidir", deyə İbadoğlu bildirib. -06D-
-
- İqtisadiyyat
- 29 May 2018 16:37
-
- Cəmiyyət
- 29 May 2018 17:47
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz