Razi Alışov
Gəncədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı saxlanılıb
Bakı/30.05.22/Turan: Mayın 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Razi Alışov Gəncə şəhərində saxlanılıb.
Partiyadan bildirilib ki, onu Nizami rayonu polis şöbəsinin əməkdaşları saxlayıblar.
"Ailəsinə bildiriblər ki, narkotik maddələrlə bağlı araşdırma aparılır. Mayın 20-da Alışovun evində videoçəkilişlə axtarış aparılıb. Anasına hansısa kağıza qol çəkdiriblər. Gözlüyünü götürməyə imkan verməyiblər ki, yazılanları oxusun”, - partiyadan bildiriblər.
Alışov 48 saatlığa saxlanılıb, bu müddət bazar ertəsi saat 21.00-da bitir.
Alışova qarşı ittiham irəli sürülərsə, o, barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxacaq.
Partiyada hesab edirlər ki, fəal siyasi fəaliyyətinə görə təqib olunur.
Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb. 06В-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz