Həcc ziyarəti bahalaşıb

Bakı/22.02.19/Turan: Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4150 dollardan 4285 dollara qalxıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin məlumatında bildirilir.

Mənbənin məlumatına görə, qiymətin artması Səudiyyə Ərəbistanında xidmətlərin bahalaşması ilə əlaqədardır.

Bu il zəvvarlar üçün kvota yoxdur. Ona görə də arzu edənlər gedə bilər. Ötən il Azərbaycandan zəvvarların sayı 1500 civarında idi.-02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti