Həkimlər İ.Rəhimovu aclığı dayandırmağa çağırıblar
Bakı/30.08.19/Turan: Cümə günü Qırmızı Xaç Komitəsinin nümayəndələri 1 saylı İstintaq Təcridxanasının həkimləri ilə birlikdə orada saxlanılan realliq.info saytının redaktoru İkram Rəhimova baş çəkiblər.
Həkimlər uzun müddətdir aclıq edən Rəhimovu müayinə ediblər və vəziyyətinin ciddi şəkildə pisləşdiyini müəyyən ediblər. Həkimlər onu aclıqdan imtina etməyə çağırıblar, amma Rəhimov imtina edib. Bu barədə Turan-a Rəhimovun qohumları bildiriblər.
* Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib. İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası keçirilib. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı, birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahidlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.
Həmin vaxtdan etibarən məhkəmə iclasları bir neçə dəfə qərar qəbul edilmədən təxirə salınıb. -06B-
-
- Maliyyə
- 30 Avqust 2019 15:04
-
- İqtisadiyyat
- 30 Avqust 2019 15:30
Cəmiyyət
-
Avropa Parlamenti Prezidenti Roberta Metsola azərbaycanlı iqtisadçı və siyasi məhbus, professor Qubad İbadoğlunu 2024-cü il Saxarov Mükafatı təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət edib. Dəvət məktubu COP29 iqlim konfransı zamanı Avropa Parlamenti üzvü Maykl Bloss tərəfindən çatdırılıb. Lakin İbadoğlu hazırda ev dustaqlığında olduğu və Azərbaycandan çıxmasına qadağa qoyulduğu üçün dəvəti qəbul edə bilmir.
-
İstanbul Hava Limanında həyata keçirilən bir əməliyyat, diplomatik münasibətlərdə sarsıntı yarada biləcək bir hadisəni üzə çıxardı. Azərbaycan hərbi attaşesi olduğu iddia edilən Kəhrəman Şamil oğlu Məmmədov, 70 kiloqram qızıl ilə saxlanıldı. Türkiyə KİV-in məlumatına görə, Məmmədovun diplomat olması ilə bağlı açıqlamalarına baxmayaraq, hadisənin qızıl qaçaqmalçılığı ilə bağlı olduğu güman edilir.
-
Sərin bir noyabr axşamı, Bakının sakinləri Xəzər dənizinin sahilində toplaşaraq, sahilə vurulmuş nəhəng bir balinanın bədənini heyrətlə izlədilər. 16 metr uzunluğunda olan bu məxluqun cansız görünən forması və kəskin qoxusu bir çoxlarına ekoloji faciənin şahidi olduqlarını düşündürdü. Lakin bu gecə sirli qonaq artıq yox idi – yük platformasına yüklənərək hava limanına aparılmışdı.
-
Noyabrın 25-dən etibarən COP29 konfransı iştirakçılarına ayrılmış xüsusi avtomobil zolaqları öz eksklüziv statusunu itirəcək və bütün nəqliyyat vasitələri üçün açıq olacaq. Bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Rəy yaz