Heydər Əliyevin heykəlinə qarşı Meksikada narazılıq
Heydər Əliyevin Mexiko şəhərindəki Reforma meydanında Mahatma Qandi, Abraham Linkoln və Meksikanın milli qəhrəmanları ilə yanaşı duran böyük heykəli şəhərin bəzi sakinlərini qəzəbləndirib.
Heykəli təqdim edən lövhədə deyilir ki, Azərbaycanın mərhum lideri "ana vətənə sonsuz bağlılığın, dünya sülhünün universal ideyalarına sədaqətin parlaq nümunəsi"dir, Associated Press agentliyi yazır.
Mexikoda dərc olunan Reforma qəzeti etiraz nümayişindən hazırladığı videonu Məlumatda deyilir ki, Azərbaycanın mərhum "avtoritar liderinə" stalinsayağı bürünc heykəl avqust ayında qoyulub və Əliyev bürünc kürsüdə, Azərbaycanın mərmərdən xəritəsinin qarşısında oturub.
KlikləyinYouTube videopaylaşma saytınayerləşdirib.
Videoda həmçinin Azərbaycan şəhərlərinin adlarının mərmər xəritəyə döyülməsi göstərilir.
18 yaşlı tələbə Miguel Angel Mendoza AP müxbirinə deyib: "Niyə yaxşı bir iş görən adamın heykəlini qoymurlar?"
"Belə məlum olur ki, Azərbaycan Mexikoda həm də bir deyil, iki parkın yenilənməsi işlərinə 65 milyon peso (5 milyon dollar) ayırıb və bu, ona hər iki parkda istədiyi heykəli qoymaq imkanı verir", - yazıda deyilir.
"Tənqidçilər deyir ki, müxalifətin səsini boğan Əliyev Mexiko və xarici qəhrəmanların heykəllərilə bəzədilmiş bulvarda olmamalıdır", - müəllif əlavə edir.
Daniel Gershenson insan haqları fəalıdır, ötən həftə heykəlin qarşısında nümayiş edənlərdən biridir, əlində "Diktatordan yaxa qurtarın!" şüarını tutub, yazıda deyilir.
"Yəqin ki, onlarda (Azərbaycanda) belə şeylərdən anbar dolusu var" - Gershenson deyib.
Gershenson özü heykələ qarşı nümayişinə çıxmasını BBC Azərbaycancaya təsdiqləyib.
"İnsanlar bura gəlir, parkı xoşlayırlar, düzdür, amma onlar bu adamın kim olduğunu bilmirlər" - 33 yaşlı arxitektor Brenda Torres bu fikirdədir.
"Düşünmürəm ki, bu, (Heydər Əliyevə heykəl qoymaq) yaxşı ideyadır. Amma biz, meksikalılar nə deyə bilərik axı? Dilimizi dişləyib oturmalıyıq, çünkü bütün bu işlər onların pulu ilə görülüb", - parkın yaxınlığında maşın yuyan işləyən Jose Romeo BBC News-a deyib.
Yazıda Azərbaycanın Mexikodakı səfiri İlqar Muxtarovdan sitat gətirir: "Bu heykəl heç kəsin reputasiyasını yaxşılaşdırmaq niyyəti daşımır, çünki dünyanın Heydər Əliyev qavrayışının müdafiəyə ehtiyacı yoxdur".
Yazıda həmçinin ikinci parkdakı heykəldən danışılır və onun Xocalı qurbanlarına həsr olunduğu xatırladılır və deyilir ki, Mexikoda bəzilərinin fikrincə, polisin işgəncə mərkəzi kimi istifadə olunmuş bu ərazidə əzab çəkmiş meksikalılara heykəl qoymaq daha yaxşı olardı.
Mexiko Meri Marcelo Ebrard heykəlin açılış mərasimində deyib: "Biz Azərbaycan Respublikasına minnətdarıq, çünki həqiqət budur ki, indiyə kimi xarici hökumətdən bu böyüklükdə investisiya almamışıq".
Mexiko meri Marcelo Ebrardın ofisi hələ ki, bu barədə açıqlama verməyib.
Kanadanın Niagara-on-the-Lake şəhərində Heydər Əliyev və birinci lediKlikləyinMehriban Əliyevanın büstləri bu yaxınlarda şəhər meriyasına aid ərazidən qaldırılıb.
http://www.bbc.co.uk
Cəmiyyət
-
Bakıda keçirilən (11-22 noyabr) BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) sonra Azərbaycanda bələdiyyə seçkilərinin vaxtının açıqlanacağı gözlənir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünlərdə bildirib ki, bələdiyyə seçkiləri yanvarın 25-dən sonra keçiriləcək.
-
Çərşənbə axşamı Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
-
Bazar günü, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
-
Bakıda qalxanabənzər vəzin xərçənginə yoluxma halları sürətlə artıb, həm də həkim-endokrinoloq Sadiq Bəbirov uşaqlarda bu cür patologiyaların çox olduğuna diqqət çəkir.
Rəy yaz