Hüquq müdafiəçilərinin davranışı əfv fərmanı olmayacağından xəbər verir
“Əfv fərmanının olub- olmayacağı haqda hər hansı informasiyam yoxdur”, - siyasi məhbus məsələsi üzrə Birgə İşçi qruöun üzvü Sahib Məmmədov Turan-a bildirib.
S.Məmmədov işçi qrupun üzvlərinin Əfv komissiyasına təkliflərini verdiyini söyləyib. Fərmanın olacağı haqda sualın cavabında bildirib ki, ənənəvi məsələ dövlət başçısından asılıdır.
Amma S.Məmmədovun cavabı daha çox nəzakət xətrinə verilən cavaba bənzəyir. Ölkədə az-çox tanınan hüquq müdafiəçilərinin mobil telefonları ya qapalıdır, ya da zənglərə cavab vermirlər. Bu isə daha çox əfv fərmanı ilə bağlı ictimaiyyətlə, konkret isə jurnalistlərlə təmasdan yayınmaq üçündür. Bu halda belə qənaətə gəlmək olar ki, əfv fərmanının verilməsi gözlənilmir. Bunun səbəbi haqda sualları cavablandırmaq hüquq müdafiəçilərinin ürəklərindən olmadığı üçün telefonları söndürməyə üstünlük veriblər.
Bu ilin martındakı əfv fərmanından sonra bəzi hüquq müdafiəçiləri elə hakimiyyət nümayəndələrinə isnadən mayın sonlarında, daha dəqiq 28 may Respublika gününə qədər əfv fərmanının ola biləcəyi haqda jurnalistlərə açıqlamalar vermişdilər.-05B-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz