Bakı/07.08.18/Turan: Avqustun 4-də İran vətəndaşı Bakı aeroportunda saxlanılıb. O, ölkədən 100 min Azərbaycan manatı çıxarmaq istəyib.Gömrük yoxlaması zamanı Bakı-Dubay reysi ilə gedən iranlının iki çemodanında bəyan edilməmiş 45 və 40 min manat aşkar edilib. Əl yükündə isə 15 min manat olub. Fakt üzrə araşdırma aparılır. Məlumatı Gömrük Komitəsinin mətbuat xidməti yayıb. -02D-

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə