
koronavirusinfo.az
Koronavirusa yoluxma ilə bağlı 406 yeni hal aşkarlanıb
Bakı/21.05.21/Turan: Son sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 406 yeni fakt qeydə alınıb, 769 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Ümumilikdə, ölkədə koronavirusa yoluxanların sayı 331 883 nəfərdir, onlardan 319 271 nəfər müalicə olunaraq sağalıb, 4 839 nəfər vəfat edib. 7 773 aktiv xəstənin müalicəsi davam edir.
Son sutka ərzində 10 009, ümumilikdə isə 3 435 192 test keçirilib.-16d-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz