Kütləvi zəhərlənmə faktı üzrə cinayət işi açılıb
Bakı/27.06.19/Turan: İyunun 25-də 1 saylı Bakı Şəhər Kliniki Mərkəzinə qida zəhərlənməsi diaqnozu ilə 20 nəfər daxil olub. Tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb.
Bakı Şəhər Prokurorluğunun məlumatında deyilir ki, istintaq müəyyən edib ki, həmin şəxslər Xətai rayonu Babək prospektində maşın bazarındakı "Qədir- Xum" obyektində dönər yedikdən sonra zəhərləniblər.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları dönərxanaya baxış keçiriblər və laborator müayinəsi üçün nümunələr götürüblər.
Fakt üzrə CM-in 314.1 maddəsi (səhlənkarlıq) ilə cinayət işi açılıb, təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.06D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz