Lənkəranda avtobusun qəzası nəticəsində 20 nəfərdən çox xəsarət alan var

Bakı/29.08.19/Turan: Avqustun 28-də axşam Lənkəran rayonunun yüksək dağlıqərazisində "PAZ" markalı avtobusun (43-BA-455) qəzası nəticəsində 20 nəfərdən çox insan xəsarət alıb.

DİN-in məlumatına görə, qəzanın səbəbi avtobusun texniki cəhətdən nasaz vəziyyətdə olması olub.

Nəticədə, yol olmayan yerdə hərəkət edən avtobus aşıb və şəxsi evin həyətinə düşüb.

Hadisə yerinə gələn yol polisi əməkdaşları 22 sərnişinin Lənkəran rayonunun mərkəzi xəstəxanasına yerləşdirilməsini təşkil ediblər. Avtobusun sürücüsü Ələmdər Ağayev həlak olub.

19 nəfər yardım göstərildikdən sonra evə buraxılıb. 3 nəfər zərərçəkmişin xəstəxanada müalicəsi davam edir. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti