Gömrükçülər narkodileri saxlayıblar

Bakı/29.08.19/Turan: Azərbaycanın Salyan rayonunda gömrük əməkdaşları yerli sakin Famil Yunusovu 6,3 kq həşişi satmaq istəyərkən saxlayıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Yunusov özünü alıcı kimi qələmə verən gömrük işçisinə həşiş satmaq istəyərkən saxlanılıb. Mənbənin məlumatına görə, həşiş İrandan gətirilib.

Qeyd edək ki, bu, son günlər gömrükçünün narkotik cinayətkarlarının saxlanılması üzrə əməliyyatçı kimi iştirakı haqqında ikinci xəbərdir.

Belə ki, dünən Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin işçiləri uzun müddətdir axtarışda olan narkodileri İstanbuldan Bakıya gətiriblər. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti