Masallıda seçkilərə inzibatı nəzərət
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
69 saylı Cəlilabad-Masallı-Biləsuvar
Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizədlər
Nuriyev Daşqın Ağarza oğlu, Əliyev Bəybala Əşrəf oğlu,
Gözəlov Ağahüseyn Səfər oğlu, Nüseynov Murad Əli oğlu
tərəfindən
MÜRACİƏT
Cənab Prezident!
1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilər hər birimizdə böyük ümidlər yaratmışdı. Hesab edirdik ki, Azərbaycanda ali qanunverici hakimiyyətin yenidən formalaşması demokratiyaya doğru növbəti addım olacaq. Elə bu səbəbdən, Azərbaycan Respublikasının vətəndaşları olaraq bizlər də Milli Məclis seçkilərində iştirak edib, bu prosesə öz töhfəmizi vermək istədik. Lakin çox təəssüflər olsun ki, seçki kampaniyası dövründə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsində baş verən neqativ hallar seçkilərin demokratik keçiriləcəyi ilə bağlı ümidlərimizi alt-üst etdi.
Hörmətli prezident!
69 saylı dairədə seçkiqabağı təşviqat kampaniyası birbaşa icra hakimyətinin nəzarəti altında və qanunsuzluq şəraitində baş verir. Belə ki, Rayon icra hakimyətinin tapşırığları əsasında kənd-qəsəbə icra nümayəndələri, eləcə də digər rəsmi şəxslər seçiciləri bu və ya digər qanunsuz yollarla (yalan vədlər verməklə, şantaj və təhdidlə) noyabrın 1-də VHP-dən olan namizəd, artıq bu dairədən 2 dəfə deputat seçilən Fəzail İbrahimliyə səs verməyə məcbur edirdilər. Hansı ki, bizə verilən məlumata görə, məntəqələr üzrə kimə nə qədər səs verilməsi haqqında yazılı göstəriş verilmişdir. Bütün bu qanunsuzluqlar indidən 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsində seçkinin nəticəsinin saxtalaşdırılacağını deməyə əsas verir.
Bundan əlavə oktyabrın 30-da Cəlilabad və Masallının icra başçıları bütün Məntəqə sədrlərini və kənd icra nümayəndələrini, orta məktəb direktorlarını toplayaraq, onlara VHP-nin namizədi Fəzail İbrahimlinin deputat “seçiləcəyi” haqda göstəriş verildiyi haqqında tam məlumatlıyıq.
Cənab Prezident!
Bütün bunlara əsasən, biz hesab edirik ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsində baş verən bu neqativ hallar saxtakarlığın təntənəsi sayıla bilər. Odur ki, Dövlət başçısı kimi Sizdən bu saxtakarlıqda əli olanlar haqqında, seçki prosesinə, vətəndaşların sərbəst seçim hüququna müdaxilə edənlərin qarşısının alınmasına göstəriş vermənizi xahiş edirik.
Hörmətlə:
69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizədlər
Nuriyev Daşqın Ağarza oğlu
Əliyev Bəybala Əşrəf oğlu
Gözəlov Ağahüseyn Səfər oğlu
Nüseynov Murad Əli oğlu
-
- Cəmiyyət
- 1 Noyabr 2015 17:12
Cəmiyyət
-
Kömək üçün Turan agentliyinə müraciət edən və adının açıqlanmasını istəməyən zərərçəkən bildirib ki, 2024-cü ilin iyulunda öz evinin rekonstruksiyası üçün "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti ilə rəsmi müqavilə bağlayıb: "Bu 58 000 manatlıq müqavilə idi. Mən “Algaplaza”da şirkətin ofisində 44 000 manat ödədim və qalan məbləği də açarları təhvil verərkən ödəmək niyyətində idim.
-
Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ordubad rayon və Lənkərna rayon şöbələrinin iki fəalı polis tərəfindən saxlanılıb.
-
Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir
-
AZAL təyyarəsinin qara qutuları Braziliyadan Qazaxıstana qaytarılıb və 25 dekabrda Aktau Hava Limanı yaxınlığında baş verən aviasiya qəzasının təhlili üçün araşdırma komissiyasına təqdim edilib. Bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.
Rəy yaz