MC&S-in media monitorinq qrupu 01-30 noyabr 2015-ci il dövrü üzrə məlumatların hesabatı
MC&S-in media monitorinq qrupu 01-30 noyabr 2015-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.
Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 300 on-line media daxil olmaqla 365-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (953 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (2031məlumat), sığorta şirkətləri arasında PAŞA Həyat (176 məlumat), ali məktəblər arasında BDU (1662 məlumat), otel və biznes mərkəzləri arasında Hilton (275 məlumat) irəlidədir.
Qeyd edək ki, nəticələr şirkətimizin FB səhifəsində daha dolğun yerləşdirilib:
https://web.facebook.com/MediaConsultingServices/?fref=ts
Hesabatla bağlı daha ətraflı məlumat əldə etmək və almaq istəyən şəxslər news1@mcs.az ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər. Onu da qeyd edək ki, PRA şirkətimizin əsas tərəfdaşıdır və bir çox layihələrdə, o cümlədən media- monitorinq üzrə təhlildə əməkdaşlıq edir.
Media Consulting and Services
Cəmiyyət
-
Milli Hidrometeorologiya Xidməti 27 yanvar tarixində Azərbaycanın ərazisində dəyişkən hava şəraiti olacağını proqnozlaşdırır.
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
Rəy yaz