Türkiyənın diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti noyabrın 27-də Türkiyə Respublikasının bir sıra bölgələrində dabaq xəstəliyinin baş verməsi ilə əlaqədar diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub.
Müvafiq əmri BDBM rəisinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleynamov imzalayıb.
Qərar Ümumdünya Heyvanların Səhiyyəsi Təşkilatından daxil olan informasiya ilə əsaslandırılır. Digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə Türkiyə Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması qeyd edilir.
Qeyd edək ki, Gömrük Komitəsinin məlumatına görə, bu ilin 9 ayında Türkiyənin şərq vilayətlərindən, ümumiyyətlə Türkiyədən mal-qara və mal əti idxal edilməyib. Azərbaycan Türkiyədən cins toyuq, eləcə də tiyuq və hindquşu əti alır. 08D
-
- Cəmiyyət
- 1 Dekabr 2015 17:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz