Elchin Sadigov
Məhkəmə vəkil Elçin Sadıqovu ev dustaqlığında saxlayıb
Bakı/27.10.22/Turan: Binəqədi Rayon Məhkəməsi vəkil Elçin Sadıqovun barəsində həbs-qətimkan tədbiri- ev dustaqlığı şərtlərinin dəyişdirilməsinə dair müraciəti təmin etməyib.
Vəkil ona öz öhdəliklərini Bakıdan kənarda, bütün Azərbaycan ərazisində yerinə yetirilməsinə icazə verilməsini xahiş edib.
Sadıqov imtinanı "ayrı-seçkilik və onun peşə fəaliyyətini məhdudlaşdırdığını" hesab edir. Vəkil həmçinin ona qarşı cinayət işini "uydurma və sifarişli"adlandırıb.
Vəkil Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
Xatırladaq ki, sentyabrın 10-da Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar. Sentyabrın 11-nə keçən gecə məhkəmə hər ikisinin barəsində həbs-qətimkan tədbiri seçib.
Lakin sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.
Ev dustaqlığının şərtləri təqsirləndirilən şəxsi saat 23.00-dan 06.00-a kimi evdən çıxmamağa vadar edir. Qalan vaxtda müttəhim sərbəstdir. 06B
-
- Maliyyə
- 27 Oktyabr 2022 13:19
-
- İqtisadiyyat
- 27 Oktyabr 2022 13:27
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz