Mətbuat-Monitorinq 26.04.13
Rəsmi və hökumətyönlü qəzetlər İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin Bakıda keçirilən konfransı barədə yazırlar.
Bundan əlavə, bu qəzetlərdə PA rəhbəri Ramiz Mehdiyevin “Tarixi idrakın elmiliyi problemlərinə dair” adlı geniş məqaləsi, məhrum dövlət başçısı Heydər Əliyev haqqında çoxsaylı yazılar yer alıb.
“Azadlıq” qəzeti Gömrük Komitəsində 20 milyon manatlıq maxinasıyanın aşkarlanması xəbərini manjetə çıxarıb.
Tanınmış ziyalı Rüstəm İbrahimbəyov “Milli Birlik” Hərəkatının sədri Lalə Şövkəti protest elektoratının qurumlarından olan Milli Şurada təmsil olunmağa dəvət edib.
“Hicab qadağası”na fəal etirazçılardan ruhani Abgül Süleymanovun cəzasının qalan 6 ayını çəkməsi üçün Qobustan qapalı həbsxanasına köçürülməsi qərara alınıb.
“Zerkalo” Qarabağ münaqişəsinin tənzimlənməsində Qərb-Rusiya maraqlarının üst- üstə düşməməsinə “Qarabağ tənzimlənməsi-“yeni soyuq müharibə”nin epizodu” şərhini verir.
“Novoe Vremya” son iki həftə ərzində qeyri-döyüş şəraitində 3 əsgərin ölümünə etiraz olan “Dinc dövrdə “qeyri-döyüş itkiləri”nə son!” şüarını ilk səhifəyə çıxarıb.
“Bizim yol” mərhum dövlət başçısı Heydər Əliyevin qardaşı Cəlal Əliyevin AMEA Rəyasət Heyətinə seçilməməsini ilk səhiyə yerləşdirib.
Rəsmi Bakının ölkədə 6 milyon vətəndaşın İnternet istifadəçisi olması haqda bəyanatına ekspertlər “ölkədə 300 min fəal İnternet istifadəçisi var” cavabını verərək bunun qonşu ölkələrlə müqayisədə çox az olduğunu bildirirlər.
“Yeni Müsavat” offşor zonaların məlumat bazasından əldə edilən informasiyalara görə, “Baku Steel Company”MMC-nin təsisçisi “Baku Steel Company Limited” şirkətinin Men adalarından çıxmasını ilk səhifəyə çıxarıb.
İslam Partiyası həbsdə olan sədri Mövsüm Səmədovun prezidentliyə namizədliyi üçün imza toplanışına başlayıb.
Tanınmış Ziyalı Rüstəm İbrahimbəyov müəllifi olduğu Milli Şuranın vahid namizədinin bütün müxalifətin vahid namizədi ola biləcəyi barədə bəyanat verib.
Ötən üç ay ərzində ölkənin təhlükəsizlik və müdafiə sektorunda 31 hərbçi dünyasını dəyişib, 33 hərbçi yaralanıb.
-
- Siyasət
- 25 Aprel 2013 19:19
-
- İqtisadiyyat
- 26 Aprel 2013 11:57
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz