Mətbuat-Monitorinq 28-29.07.13
Rəsmi və iqtidaryönlü qəzetlər bəzi qanunlara olan dəyişikliklərin mətnlərini dərc ediblər.
“Azadlıq” qəzeti sənədsiz tikililərin sökülməsilə bağlı ARDNŞ-nin məhkəmə qərarları alması Bakı şəhər rayonlarının icra hakimiyyətlərini şirkətə qarşı qaldırıb.
İdmanla bağlı yazan bir qrup jurnalist futbol klublarındakı mühafizəçilərin davranışından narazılıq edən bəyanat yayıblar.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin AXCP fəalı Ülvi Quliyevin evinin uçurmasına etiraz olaraq partiyanın yaydığı bəyanatda bu addım “insanlıqdan kənar” adlandırılır.
İsmayıllı Rayon İcra Hakimiyyəti isə AXCP-nin rayon müşavirəsi keçirməsinə imkan verməyib.
Keçmiş rektor Elşad Abdullayevin qalmaqallı “deputat mandatı” videosənədinin mərhum personajı Sevinc Babayevanın oğlu Ayxan Məmmədov yataq xəstəsinə çevrilib.
Təhsil ekspertləri ölkədə 4 mindən çox orta məktəbin olmasına baxmayaraq, yalnız 40-50 məktəbin fəaliyyətini normal saymağın mümkünlüyü barədə şərh veriblər.
Qəzet Naxçıvan MTN-i bir zamanlar “ifşa edən” və xaricə qaçan İbrahim Musayevin həbsə alındığını yazır.
Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovu dəstəkləyən Müsavat Partiyasının başqanı İsa Qəmbərin qardaşı Pövşən Qəmbər qardaşını namizədlikdən çəkilməyə çağırıb.
“Yeni Müsavat” Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun ölkəyə dönməsinin problemə çevrildiyini iddia edir.
İkiyaşlı körpənin ayaqlarını itirməsinə səbəb olduğuna görə “Nabran Holidey Village”nin 3 əməkdaşı həbsə alınıb.
ATƏT-in Bakı ofisinin statusunun dəyişməsinə qəzet “ATƏT-in Bakı ofisi QHT-yə çevriləcək” şərhini verib.
Müsavat Partiyasının başqanı İsa Qəmbər Rüstəm İbrahimbəyovun vahid namizəd olaraq seçkidə iştirak etməsi və qalib gəlməsini, Milli Şuranın seçkidən kənarda qalmamasını partiyanın prioritetləri adlandırıb.
Neçə illərdir ki, ABŞ-da mühacirətdə yaşayan eks-spkier Rəsul Quliyev Milli Şuranın sədri Rüstəm İbrahimbəyovu da ölkəyə dönməməyə çağırıb.
Ölkə politoloqları ATƏT-in Bakı ofisinin statusunun dəyişməsini “avtoritarizmin güclənməsinə xidmət edəcək addım” kimi dəyərləndiriblər.
-
- Siyasət
- 28 İyul 2013 21:59
-
- Söz istəyirəm
- 29 İyul 2013 11:35
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz