Musa Tukanov
Musa Tukanova şərti cəza verildi, azadlığa buraxıldı
Bakı / 07.06.18 / Turan:Məhkəmə Karlar Cəmiyyətinin həbsdəki sədr müavini Musa Tukanova şərti cəza verib, o, bu gün, iyunun 7-də azadlığa buraxılıb.
Hökmü Bakı Ağır Cinayətlər Məhkəməsi çıxarıb.
Mayın 16-da keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış etmişdi. İrəli sürülən ittihamların məhkəmə istintaqı zamanı təsdiqini tapdığını bildirən ittihamçı M.Tukanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Ancaq onun vəkili ittihamın rədd edilməsini, M.Tukanovun azadlığa buraxılmasını istəmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası M.Tukanovu ittihamlar üzrə qismən təqsirli bilib, ona şərti cəza verilməsinə hökm edib.
M.Tukanov Karlar Cəmiyyətinin sədr müavini, Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) parçalanmadan sonra tərəflərindən birinin rəhbəridir. O, ötən ilin oktyabrında saxlanıb. Binəqədi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunan M.Tukanov barəsində həbs-qətimkan tədbiri seçib.
Müdafiə tərəfi ittihamla razılaşmırdı.
Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə M.Tukanov rəhbərlik edib. Ancaq bu partiyanın dövlət qeydiyyatı olmayıb.--0--
-
- Analitika
- 7 İyun 2018 18:40
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz