Mustafa Hacıbəylinin işi üzrə məhkəmədə
Bakı/22.01.19/Turan: Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrliyilə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin işi üzrə məhkəmə istintaqı başlayıb.
* İyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"a dair cinayət işinin qaldırıldığını bildirmişdi. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət etmişdi.
Öncə M.Hacıbəyli iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da müttəhim statusuna keçirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
M.Hacıbəylinin barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçib.
Bugünkü məhkəmə iclasında ittiham aktı oxunub. Sənəddə deyilir ki, Mustafa Hacıbəyli "xidməti səlahiyyətlərini aşaraq öz saytının vasitəsilə dəfələrlə hakimiyyət dəyişikliyinə çağırışlar edib".
M.Hacıbəyli özünü günahkar saymadığını bildirib.
Vəkil Osman Kazımov öz növbəsində bildirib ki, müdafiə tərəfinə ittihamın məzmunu aydın deyil.
O, AXCP üzvlərinin həbsilə bağlı Turan agentliyinin məlumatına istinadən bastainfo.com saytında dərc edilən xəbərlərdən birini göstərib.
Vəkil sual edib: "Bu xəbərdə hakimiyyətin devrilməsinə çağırış haradadır?"
Vəkil ittiham tərəfinin sözügedən xəbərdə cinayət tərkibinin olması ilə bağlı sübutların təqdim olunması barədə vəsatət qaldırıb.
Hakim vəsatətə reaksiya verməyib və şahidlərin dindirilməsinə keçib.
bastainfo.com saytı ilə əməkdaşlıq edən üç şahidin - jurnalistlərin ifadələri dinlənilib.
Onlar bildiriblər ki, yazdıqları mətnlər baş redaktor baxdıqdan sonra dərc edilir. Jurnalistlər qeyd ediblər ki, baş redaktorun günahkar bilindiyi mətn Turan agentliyindən götürülüb.
Vəkil şahid Heybət Əmrahdan Gəncənin icra başçısına sui-qəsddə ittiham olunan Yunis Səfərovun bədənində zorakılıq izlərinin olduğu fotonun mənbəyini soruşarkən hakim sualı çıxarıb.
Digər şahid Rüfət Baxşiyev bununla bağlı deyib ki, foto ancaq hüquq-mühafizə orqanları tərəfindən yayıla bilər.
M.Hacıbəyli şahidlərdən onun günahkar bilindiyi mətnlərin dərcindən sonra bir narahatlığın olub-olmadığını soruşduqda onlar mənfi cavab veriblər.
Məhkəmə iclası yanvarın 29-da saat 9:30-da davam edəcək.
Mustafa Hacıbəli Azərbaycanın görkəmli müxalifətyönlü jurnalistlərindən biridir. 20 ildən çoxdur ki, müxtəlif KİV-də çalışıb. O, Müsavat Partiyasının rəhbəri Arif Hacılının qardaşıdır.-16/03D-
-
- İqtisadiyyat
- 22 Yanvar 2019 12:23
-
- Maliyyə
- 22 Yanvar 2019 12:58
Cəmiyyət
-
Dekabrın 24-də paytaxtda yağıntı gözlənilmir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək.
-
Lider mobil operator yerli bazarda tokenləşdirilmiş balans artımını təklif edən ilk mobil operator oldu Ən innovativ rəqəmsal həlləri müştəriləri üçün əlçatan etməyi hədəfləyən Azercell bu dəfə mobil ödənişlərin asanlığı təmin edir. Lider mobil operator “Apple Pay” və “Google Pay”in “Azercell” mobil tətbiqinə inteqrasiyasını reallaşdırır.
-
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə üzrə genişmiqyaslı meşə bərpa səyləri barədə məlumat verərək, meşə ərazilərinin genişləndirilməsi məqsədilə on minlərlə ting əkildiyini açıqlayıb. Lakin tənqidçilər nazirliyin eyni zamanda özəl şirkətlərə torpaq icarəyə verməklə meşələrin qırılmasına şərait yaratdığını iddia edirlər.
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Həbslər, sanksiya çağırışları və mesajlar... – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:08
- 136
Rəy yaz