«Nardaran» işi üzrə prosesdə şahidlər ibtidai istintaqdakı ifadələrindən imtina edir
Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi"Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə şahidlər gəlsədə, Yalçın İmanovdan başqa vəkil gəlmədiyi üçün, məhkəmə prosesini 14:00-a təxirə saldı. Bu isə zaldakılar və təqsirləndirilən şəxslərin etirazına səbəb oldu.
Fasilə zamanı Abbas Hüseyn Turan agentliyinin məhkəmədəki müxbirinə bildirib ki, Tale Bağırov 26 noyabr 2015-ci ildə Naradarandakı hadisə ilə bağlı “Azadlıq.info”da yazısı çıxıb. Buna görə onu 26 noyabr günü 5 sutkalıq karsa salıblar. Hətta T.Bağırovun kitabları və xəbərləri dinlədiyi radio əlindən alınıb. Həyat yoldaşı isə bildirib ki, Bağırova bazar günü yemək aparsada, yeməyi verməyə icazə verməyiblər.
Fasilədən sonra şahidlər çıxış edib.
Nardaran sakini 17 yaşlı Yusif Fərəcov “bandatdel”də ifadə verdiyini, amma ifadəsini təsdiqləmədiyini bildirdi. “Mən ifadəmi oxumadan qol çəkdim. Çünki İsmayıl Əliyev adlı şəxs icazə vermədi. Mənə dedi ki, qol çək , yoxsa başın ağrayacaq. 26 noyabr 2015-ci ildə Nardaranda olmuşam. Orada kiməsə silah paylandığını görməmişəm. Əbülfəz Bünyadovun da evində olmuşam. Orada Hacı Taleh imamlardan, dini söhbətlər edirdi”, - deyə şahid bildirib.
Daha sonra şahid noyabrın 23-ü məhkəməyə gəlmək istəyəndə polislərin onu qapıdan tutub, bölməyə apardığını bildirdi. “ Məni həmin gün Naradaranda 42-ci polis bölməsinə apardılar. İki nəfər idi. Birinin adı Poladıydı. Mənə dedilər ki, sən ora getməyəcəksən. İfadəni burdan təsdiqləyəcəksən. Sonra mənə yazdırdılar ki, guya oğurluq üstündə şübhəli bilinmişəm. Onlar mənim şəxsiyyət vəsiqəmi aldılar. Mənim adımdan ifadəmi təsdqiləməklə bağlı məktub göndərdilər. Əgər bura kimdən məktub gəlirsə, hamısı yalandır”.
Daha sonra şahid qismində Allahverdi Hadıyev çıxış etdi. O ifadəsində qeyd etdi : “Mən əlifba bilmirəm. Orta təhsilim belə yoxdu. Nə yazmışam , nə də qol çəkmişəm. Eləcə danışdırıblar məni”. Allahverdi Hadıyev ifadəsini təsdiqləmədi.
Məhkəmə prosesi zamanı hakimlə Hacı Tale arasında qısa bir dialoq yaşanıb. T. Bağırov şüşə kameranın arasından hakimə konfet uzadıb və hakim buna sərt təpki vererək konfeti götürməkdən imtina edib.
“Mən sizə rüşvət vermirəm ki, konfet verirəm. Niyə əsəbləşirsiz ki?”-deyə, Bağırov bildirib. Hakim isə ona yenidən xəbərdarlıq edib. Bu zaman Tale “ Həqiqəti deyirəm də”. Hakim isə “Burada həqiqəti demək lazım deyil” deyib.
Növbəti məhkəmə prosesi noyabrın 30-u davam edəcək.—036C--
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz