Nikahlar azalıb, boşanma çoxalıb
Bakı/22.08.17/Turan: Ötən il Azərbaycanda 66 min 771 nikah, 13 min 114 boşanma qeydə alınıb.
Dövlət Statistika Komitəsinin "Azərbaycanın Demoqrafik Göstəriciləri" adlı rəsmi nəşrində belə deyilir.
"Bu nikahların sayının 2013-cü ilə nisbətən 1,3 dəfə azalması, boşanmaların sayının isə 1,12 dəfə artması deməkdir. Şəhərlərdə 36 min 739 nikah, 9173 boşanma, kəndlərdə isə 30 min 032 nikah, 3941 boşanma qeydə alınıb.
Göstəricilərə görə, 2016-cı ildə nikaha daxil olan kişilərdə orta yaş 28,6-ya, qadınlarda isə 24,1-ə bərabər olub. Həmin göstərici 2014-cü ildən etibarən sabit qalıb.
Ötən il Azərbaycanda kişilər ən çox 25-29 (29 min 260 nəfər), qadınlar isə 18-24 yaşlarında (44 min 503 nəfər) nikaha daxil olublar.
Boşanma halları isə kişilərdə 30-34 (3198 nəfər), qadınlarda 25-29 yaşlar arasında (3453 nəfər) üstünlük təşkil edib. -06D-
-
- Cəmiyyət
- 22 Avqust 2017 10:23
Cəmiyyət
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
-
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava tutqun, yağışsız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.
-
Bakının məşhur restoranlarından olan “Şuşa” restoranın söküntüsü davam etdirilir. Bu gün səhər saatlarında bir neçə ekskavator restoranının ətrafında söküntü işlərini davam etdirib.
-
Mobil operator sənaye təhlükəsizliyi və rifah sahəsində nümunəvi fəaliyyətinə görə təltif edildi “Azercell Telekom” MMC “Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə “İşçi Rifahı 2024” mükafatı ilə təltif edilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Belə ki, münsiflər heyəti lider mobil operatorun SƏTƏM (Sənaye Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Azercell işçi rifahı, sənaye təhlükəsizliyi, ətraf mühit standartlarının təkmilləşdirilməsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrlə fərqlənib.
Rəy yaz