Azərbaycan FHN-in helikopterləri Gürcüstanda yanğının söndürülməsində iştirak edir
Bakı/22.08.17/Turan: Avqustun 21-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri Borjomi rayonunda yanğının söndürülməsində iştirak etmək üçün Gürcüstana göndərilib.
FHN-in məlumatına görə, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri avqustun 22-də səhər Samtsxe-Cavaxetiya bölgəsində yanğının söndürülməsi əməliyyatına qoşulub.
Gürcüstan mənbələrinin məlumatına görə, yanğın meşənin 5 ha ərazisini əhatə edib və güclü küləklə əlaqədar daha da yayılır.
Gürcüstan hakimiyyətinin xahişi ilə Azərbaycan fəlakət zonasına ikinci helikopteri göndərib.
Öz növbəsində, Türkiyənin iki helikopteri bu gün alovun yayılmasının qarşısının alınmasında iştirak edəcək, deyə Gürcüstan hakimiyyəti bildirib. -02D-
Siyasət
-
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
-
Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində regionda uzuznmüddətli sülhün bərqərar olması ilə bağlı təkliflərini dərc edib. Bu təkliflər arasında o, Azərbaycana təkcə beynəlxalq məhkəmələrdə deyil, ümumiyyətlə də qarşılıqlı iddialardan imtina etməyi təklif edib.
-
ABŞ Ukrayna üçün yeni və prezident Co Baydenin administrasiyası dövründə sonuncu hərbi yardım paketini açıqlayıb. ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyada bildirib ki, yardımın məbləği 500 milyon dollar təşkil edir.
-
Bakıda 10 yeni metro stansiyasının inşa ediləcəyi gözlənir. Bu barədə yanvarın 7-də jurnalistlərlə görüş zamanı prezident İlham Əliyev danışıb.
Rəy yaz