Orduxan Teymurxan, amerikaninsesi.org
Orduxan Teymurxanın qohumlarına 30 sutka inzibati cəza verilib
Bakı/19.02.18/Turan: Hollandiyada yaşayan mühacir, bloqer Orduxan Teymurxanın Bakıda yaşayan yaxın qohumları Səbuhi Zeynalov və Tural Əliyev inzibati qaydada həbs edilib. Bu haqda onların vəkili Elçin Sadıqov bildirib.
S.Zeynalov, T. Əliyev, eləcə də vəkilin hələlik xəbər ala bilmədiyi Elnar Əliyevin yaxınları bu gün E.Sadıqova müraciət ediblər, onunla müqavilə bağlayıblar.
Yalnız bundan sonra vəkil öyrənə bilib ki, S.Zeynalov və T.Əliyev haqda Nərimanov Rayon Məhkəməsi qərar verib. Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamaq) günahlandırılıblar.
S.Zeynalov və T.Əliyevin hər birinə 30 sutka inzibati həbs cəzası verilib. Onların məhkəmə qarşısına Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib olunmuş protokol əsasında çıxarıldığı bildirilir.
S. Zeynalov və T. Əliyev haqda qərarları hakim Samir Məmmədov və Rəşad Abdulov fevralın 19-da çıxarıb.
Vəkil hələlik müvəkkilləri ilə görüşə bilməyib. Çünki onların harada saxlanıldıqları ona bəlli deyil. E.Sadıqov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub, ancaq ona S.Zeynalov və T.Əliyevin harada saxlanılması barədə bilgi verilməyib.
O.Teymurxanın digər qohumu Elnar Əliyevdən isə hələlik məlumat yoxdur. Ancaq polis tərəfindən saxlanıldığı bildirilir.
Vəkil onunla bağlı hər hansı bilgi əldə edə bilmədiyini deyir .
E.Sadıqov Daxili İşlər Nazirliyinin "102 Xidməti"nə bununla bağlı müraciət etdiyini söyləyib.
O.Teymurxan fevralın 17-də Bakıda yaşayan yaxın qohumlarına təzyiqlərin oldugunu açıqlamışdı. Onun deməsinə görə, polislər Bakıda yaşayan bacılarının evlərinə gedib. Bacısı oğullarının saxlandığını bildirən bloqer deyib ki, bu, onun fəaliyyəti ilə bağlıdır.
Bloqer 3 bacısının hər birinin bir oğlunun polislər tərəfindən saxlanıldığını açıqlamışdı. Hüquq- mühafizə qurumları bloqerin söylədikləri ilə bağlı hər hansı açıqlama verməyiblər.
Xatırladaq ki, bundan əvvəl də O.Teymurxanın Azərbaycanda yaşayan yaxınlarının oxşar münasibətlə üzləşdikləri bildirilmişdi. O.Teymurxan demişdi ki, ötən il fevralın 18-dən başlayaraq Azərbaycanda yaşayan 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu vurğulanırdı. Ancaq Daxili İşlər Nazirliyindən bu açıqlamaya hər hansı münasibət bildirilməmişdi. Sonradan polisə aparıldığı deyilən şəxslərdən ikisindən başqa hamısının tezliklə sərbəst buraxıldığı bildirildi. Ardınca Suraxanı Rayon Məhkəməsində bloqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı.
Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar. Onların vəkilləri ittihamın qurama olduğunu açıqlamışdı.
O.Teymurxan isə baş verənlərin onun ictimai fəaliyyətinə görə təzyiq olduğunu deyirdi.-05B-
-
- İqtisadiyyat
- 19 Fevral 2018 16:06
-
- Çətin sual
- 19 Fevral 2018 16:29
Cəmiyyət
-
Dövlət qurumlarının müraciətləri əsasında Tarif (Qiymət) Şurası son iclasında bir sıra sahələrdə qiymət artımına qərar verib. Yanvarın 2-də açıqlanan bəyanata əsasən, ilk dəfə olaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma üçün tariflər təsdiqlənib. İndiyə qədər bu xidmətlər dövlət tənzimlənməsi olmadan, müxtəlif məbləğlərlə həyata keçirilirdi. Təsdiq edilmiş tariflər:
-
Azərbaycan 2025-ci ili qədim ənənələrin və müasir bayramların rəngarəng qarışığı ilə qarşıladı. Bu tədbirlər xalqın zəngin mədəni irsini və gələcəyə yönəlmiş arzularını əks etdirdi. Geniş ailə süfrələrindən parlaq ictimai tədbirlərə qədər qeyd etmələr keçmişlə indinin unikal sintezini nümayiş etdirdi.
-
2025-ci ilə qədəm qoyduqca, dünya müxtəlif sahələrdə əhəmiyyətli inkişaflarla qlobal mənzərəmizi yenidən formalaşdırmağa hazır olan həlledici bir mərhələdə dayanır.
-
Avstraliyalı demoqraf və sosioloq Mark Makkrindl “Beta Nəsli”nin yaranmasını təsvir edib — o, bu demoqrafik qrupu 2025-2039-cu illər arasında doğulan insanlar kimi müəyyənləşdirərək, qlobal nəsil kimliyində yeni bir fəsil açıldığını vurğulayıb.
Rəy yaz