Ov lisenziyalarını ASAN verəcək
Bakı/29.08.19/Turan: Sentyabrdan etibarən heyvan və balıq ovuna icazələr ASAN Xidmət tərəfindən veriləcək. Bu barədə cümə axşamı Ekologiya Nazirliyində keçirilən mətbuat konfransında bildirilib.
Bu, vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsi, şəffaflığın artırılması, göstərilən xidmətlərin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə edilib, Ekologiya Nazirliyində belə hesab edirlər.
Qeyd edək ki, ölkənin Ovçular İttifaqının faktiki ləğvindən sonra Ekologiya Nazirliyi onillərlə mövcud olan təcrübəni ləğv edib. Eyni zamanda, Ekologiya Nazirliyi öz ovçu biletlərini verməyə başlayıb, bu biletlər olmadan ov üçün lisenziya almaq mümkün deyil. Bundan başqa, DİN-dən ov silahı və güllə əldə etmək və daşımaq üçün icazə olmalıdır.
Bu funksiyalardan hansılarının ASAN-a verildiyi hələlik aydın deyil. -02D-
-
- İqtisadiyyat
- 29 Avqust 2019 11:26
-
- Cəmiyyət
- 29 Avqust 2019 12:04
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz