Polis 7 ton 500 kiloqram çətənə kolunu məhv edib
Polis İmişli və Zaqatala rayonlarında 3,8 hektar sahədə yabanı halda bitmiş 7 ton 950 kiloqram çətənə kolunu məhv edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyulun 17-də İmişli rayon Polis Şöbəsi rayonun Əliyetməzli kənd bələdiyyəsinə məxsus 1,8 hektar sahədə yabanı halda bitmiş çəkisi 1 ton 950 kiloqram çətənə kolu aşkar edərək məhv edib.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi, Zaqatala rayon Polis Şöbəsi və Daxili Qoşunların əməkdaşları rayonun Uzunqazmalar kənd bələdiyyəsinə məxsus 2 hektar sahədə yabanı halda bitmiş çəkisi 6 ton çətənə kolunu məhv edib. -03D-
-
- İqtisadiyyat
- 18 İyul 2014 16:22
-
- İqtisadiyyat
- 18 İyul 2014 16:52
Cəmiyyət
-
Sentyabr 16-da Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərinin protokollarını Konstitusiya Məhkəməsinə təqdim etdi. Seçkinin gedişi ilə bağlı bir çox şikayətlər olsa da, MSK heç bir dairədə nəticələrə təsir etməməklə, ümumilkdə 40-dan çox məntəqədə nəticələri ləğv elədi. Bu qurum seçkilərin yüksək səviyyədə keçirildiyini açıqladı. Amma bir sıra müxalifət qüvvələri də bildirdilər ki, seçkilər əvvəlcədən hazırlanan siyahılar əsasında gerçəkləşib.
-
Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava tutqun olacaq, bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi əsəcək, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.
-
Qalib komanda Azərbaycanı ABŞ-də təmsil edəcək Bu il Azərbaycan ilk dəfə olaraq startaplar üzrə ən nüfuzlu dünya çempionatı hesab edilən “Startup World Cup”ın regional tədbirinə ev sahibliyi edəcək. Tədbir ölkənin lider mobil operatoru Azercell-in sponsorluğu ilə sentyabr ayının 19-u ADA Universitetində baş tutacaq.
-
Abunəçilər artıq Azercell-in Eksklüziv ofisləri ilə yanaşı, diler ofislərində də rəqəmsal şəxsiyyət vəsiqəsilə rahat və operativ xidmətdən yararlana bilərlər Abunəçilərinə ən yaxşı müştəri təcrübəsini təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC artıq bütün satış və xidmət mərkəzlərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınmasını təmin edib. 16 sentyabr 2024-cü il tarixindən etibarən müştərilər Azercell Eksklüziv ofisləri ilə yanaşı, diler mağazalarında da rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istənilən əməliyyatı həyata keçirə bilərlər. Bunun üçün “mygov” tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu və ya 8 simvollu unikal kodu təqdim etmək kifayətdir.
Rəy yaz