Qaçqının özünü yandırması faktı üzrə cinayət işi açılıb
Ağdam rayonundan məcburi köçkün Sahib İsmayıl oğlu Nəsibovun iyulun 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektorunun inzibati binasının qarşısında özünü yandırması faktı üzrə 125-ci (özünü öldürmə həddinə çatdırma) maddə ilə cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.
S.Nəsibovun səhhəti normaldır və yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.
Nəsibov bu addımı mənzil probleminin həll edilməməsi ilə əlaqədar atıb. Lakin bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirib ki, onun evi var idi, amma ötən ilin sonlarında onu satıb və yeni mənzil verilməsini tələb edirdi. -06D-
-
- Cəmiyyət
- 29 İyul 2015 17:48
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz