Qarabağın cənubunda iki hərbçi həlak olub
Mayın 28-nə keçən gecə Qarabağın cənubunda erməni təxribat qrupunun Azərbaycan Silahlı Qüvvələrinin postuna hücumu zamanı iki hərbçi həlak olub. Erməni tərəfdən də itki var. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Mənbənin məlumatına görə, çərşənbə gününə keçən gecə erməni təxribatçılar Füzuli rayonunda Azərbaycan ordusunun postuna hücum ediblər. Azərbaycan ordusunun əsgər və zabitlərinin igidliyi sayəsində hücum dəf edilib. Düşmən itki verərək geri çəkilib.
Döyüş zamanı kapitan Fikrət Məmmədov (1982-ci ildə anadan olub) və gizir Xudaverdi Əbilov (1991) həlak olublar. Əsgər Mehman Mirzəzadə (1994) ağır yaralanıb.
F.Məmmədov göstərdiyi igidliyə görə “İgidliyə görə” (ölümündən sonra) medalına təqdim olunub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə X. Əbilov “Hərbi xidmətdə fərqlənməyə görə” (ölümündən sonra) medalı ilə təltif edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Hazırda həmin ərazidə vəziyyətə Azərbaycan ordusu nəzarət edir.
Ermənistan KİV-in məlumatına görə, Azərbaycan təxribatçıları erməni tərəfə keçməyə cəhd göstəriblər. Döyüşlər zamanı erməni yefreytor Erik Qasparyan həlak olub.—06D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz